Millətimizin toy adlı adət ənənəsi var, bilmiş olarsız. Toy haqqında danışmaq fikrim yoxdu. Deməli bu günə 2 toy varmış. İki dəvətnamə gələndə ya birinə gedirlər ya da hərə birinə. Mən tənbəllik eləmədim, ikisində də iştirak etdim doyunca. Biri saat 1də , o biri saat 6da olmalı idi. Birinci toya sürücü kimi getdim, rəisi aparmışdım. İstidən danışmaq isdəmirəm, özümü təndirdə hiss edirdim.
İkinci məclisə hazırlıqlı getdim. Tam iki saat sonra getdim ki, əsl vaxtı idi. Bir kənarda özümə xüsusi qulluq. Məclisin də ən yaxşı yerində gəlmişdim. Hərşey yolunda gedirdi, günün sonunda 100 manat getdiyini xatırlayana kimi. Uzun sözün qısası bu gün ancaq yeyib içmək olub. Sabahdan işlər başlıyır.😄