Steemit Azerbaijan ailəsinə salam olsun. Ümid edirəm işləriniz yaxşı gedir. Həmişə fikrimdə olan bir ifadədən danışmaq həm də sizinlə müzakirə etmək istəyirəm. "Anlayan insan" necə olmalıdır? Bilirsiz əslində məncə insanları anlamaq çətin deyil axı. Həm də hər situasianı anlamaq insana bir başqa həzz verir. Məncə bunun üçün ali təhsilə və ya xüsusi bacarığa ehtiyac yoxdu. Hardasa dünya görüşünə ehtiyac var, bəli. Amma dünya görüşü də heçdən yaranmır axı. Elə bunun üçün deyirəm anları boşuna keçirmək olmaz. Yəni hər məqama diqqət etmək lazımdı.
Hər insana, hər hərəkətinə diqqət etmək lazımdı. Görəsən bu niyə belə edir, məqsədi nədir, nəticəsi nə ola bilər və ya nəticəsini nə kimi planlıyıb. Təbii ki insanların şəxsi həyatına qarışın demirəm. Tamam mən sizinlə razıyam hər ana diqqət etmək insan beyninə yük ola bilir bunu bacarmaq çox da uğurlu olmaz kimi gəlir insana. İnsan beyni məncə düşündüyümüzdən hədsiz dərəcədə çox tutuma sahibdir. Odur ki bundan isdifadə etmək lazımdı. Dediyim kimi hansı anları analiz etməyə ehtiyac varsa həmin nöqtəyə kimi inkişaf etmək inanınki mümkündür. Bu çox əyləncəli deyil mi sizcə də. İnsanların nə etdiklərindən siz birinci xəbərdar olursuz və ya digər məqamlarda düzgün nəticə ilk olaraq sizdə olur.
Daha bir üstün cəhəti deyim.Bir insan ömrü bütün səhvləri edəcək qədər uzun deyil axı. Məncə bu yetəri qədər beyni işlətməyə lazım olan cümlədi. Ətrafda baş verən səhvləri görüb onlardan nəticə alıb bizim həyatımızda olduqda onlardan yan keçmək maraqlı olmaz mı? Sadəcə insan olmaq yetər ki ətrafda baş verən hadisələrə düzgün aspektdən baxa biləsən və düzgün nəticə çıxara biləsən. Dövrümüzün birazcıq problemi odur ki, kütlə ancaq nəyisə öz istədiyi kimi görmək istəyir onu özü dəyişmək və ya dəyişməyə kömək etmək istəyən çox azdı. Ona görə siz qəlbinizi geniş tutun ancaq ağlınızla qərar verin. Nəticədə qiymət verən insanlar olsa da onların vasitəçi olduğunu unutmayın. Anlayanlar hərşeyin fərqində olub, ən yaxşısını təklif edənlərdi😉
Ümid edirəm mövzunu anladınız. Fikrlərinizi maraqlıdır, öncədən təşəkkürlər😊.
Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
qatılıram 👍🏻🤝
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Çox sağol balaca 👍
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Bir insan ömrü bütün səhvləri edəcək qədər uzun deyil axı.👌🏻
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Bəyənirsizsə nə gözəl 😀
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Yanaşma tərziniz maraqlıdır
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Fikriniz üçün təşəkkür edirəm. 👍
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit