Gözəlliklər...

in hive-131355 •  3 years ago 

Salam əziz Steemit Azerbaijan ailəsi. Bu günlər hava soyuq keçsə də qəlbinizin ip-isti keçdiyi günlər olsun. Əvvəlki postda sizə gözəl insanlardan danışacam demişdim. Gəlin bu mövzuda biraz fikirlərimi sizinlə bölüşüm. Çooxdan lap çoxdan boş vaxtımı necəsə dolduranda qarşıma maraqlı bir ifadə çıxdı. Belə deyilirdi "Həyat gözəl insanlarla doludur, ancaq siz onları axdarmıyın".
IMG-20211121-WA0084.jpg
Fikir maraqlı gəldi mənə həm də bunun doğru olub olmadığını təsdiq etmək isdəyirdim. Zamanla doğru olduğunu sübut etdim. İfadədə olan gözəl sözünü yaxşı ilə əvəz edəcəm. Fikrimcə həyatımızda olan bu tip insanlar 2 yarıya bölünür. Əgər biz həyatda varıqsa deməli birinci yarı da bizimlə var. Bunlar bizim valideynlərimiz, qohumlarımızı, tanışlarımız bir sözlə yaxın əzizlərimizdir. Onları biz seçmirik və onlar bizim həyatımızda sorğu sualsız müsbət obrazda olmalıdırlar. Onların dəyərini layiqincə bilmək lazımdı. Müzakirə mövzusu bu deyil gəlin gedək 2ci yarıya. Burda da fikrimcə 2ci yarını biz uzun hiss etsəkdə vaxtı çatanda çox qısa olduğunu gördüyümüz həyat yolumuzda tapırıq. Onları axtarmağa ehtiyac yoxdu. Onları həyat özü bizim qarşımıza çıxaracaq.
IMG-20211121-WA0085.jpg

Hərdən təsadüflərə ehtiyac var, plansız və zamansız gələn gözəlliklərə. Sadəcə onların doğru insan olduğunu təsdiqləməyi bacarmaq lazımdı. Elə adamlar tapmaq lazımdır ki, onlarla söhbət yaxşı kitaba bərabər olsun. Ən böyük sərvətimiz də elə yanında huzur tapdığımız insanlardı. Əgər həyatınızda belə insanlar varsa çooox zənginsiz deməli. Əgər varsa belələri onlara gül verin, şeir yazın, onları əsla ama əsla incitməyin. Siz sadəcə olaraq onlara nə qədər dəyərli olduqlarını hissetdirməlisiniz. Bunu deməyə ehtiyac yoxdu onlar özləri anlayacaqlar, anlamaya bilməzlər. Çünki anlamayanlar bu mövzuda yox idi . Gəlin sizi çox da emosiyalarla yormuyum. Növbəti postum biraz dəyişik olacaq. 😉
Bu günlük bura kimi dostlar. Özünüzə yaxşı baxın. Hər şey özümüzdən başlayır. Allaha əmanət olun.🤗

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Ən gözəl tanışlıqlae təsadüfi həyatın gətirdikləridir, önəmli olan bu gözəlliyi qoruyub saxlamaqdır. Növbəti postu bekleriz✌🏽

Tamamilə razıyam👍. Növbəti biraz fərqli olacaq. Ama yenə qayıdacam bu mövzuya. 🙂

Ən böyük sərvətimiz yanında hüzur tapdığımız insanlardır👍

Bəli "onlardan bərk yapışın və heç vaxt buraxmıyın" deyilənlərdi. 👍

"Təsadüf -zərurətdən doğar"kəlməsini boşuna deməmişlər ;)

Bəli. Rəyləriniz üçün təşəkkürlər. İnşallah ardını gətirəcəm. 👍

İnşallah :)

Plansız və zamansız gələn gözəlliklər qiymətsizdi :)

Və bir gün bitdi dediyin yerdən başlayacaq hərşey...Çox sağolun təşəkkür edirəm fikriniz üçün🤗

yaxşı insanların var olduqlarına inamım yoxdu :/

Onları özümüz yaxşı edirik məncə 😉

Təsadüfi insanlar təsadüfi gedişləri ilə bezen insanı şok edir

Hər kəs gedir zatən. Həyat nəyinsə peşmançılığını çəkəcək qədər müddətli deyil. Olan anın qiymətini bilmək lazımdı. 😉

Elə adamlar tapmaq lazımdır ki, onlarla söhbət yaxşı kitaba bərabər olsun👌🏻👌🏻
Gözəl postdur:)

Bəli👍.
Bu sizin düşüncənizin gözəlliyidir.😉

Anton Çexovdan oxumuşdum. Yazmışdı ki, yanında danışarkən özünüzü yaxşı hiss etdiyiniz insanı tərk etməyin.

Bəli. Onları əncir ağacları çiçək açana qədər qorumaq lazımdı. 🙂