Güvən...||club5050

in hive-131355 •  3 years ago  (edited)

Salam Steemit Azərbaycan ailəsi, necəsiz? Kefiniz halınız necədi? Yaxşı olasınız təki.
Bu aralar günlərim dolu keçdiyi üçün yazı yaza bilmirdim. Əslində bunu biraz da bəhanə hesab etmək olar. Biraz yorğunluq, biraz mövzu tapmaq məsələsi kifayət edir ki, yazmıyım. Mart gəldi, dərt gəldi deyirlər. Biraz razılaşıram bu fikirlə. Elə bil 11 ayda görülən işlərin miqdarı 1 ayda görülür kimi olur. Gün ərzində hava 3, 4 dəfə dəyişir mütləq. Deyərdim elə ən gözəl aylardan biridi. Biraz aktivlik tələb edir, əlbətdə enerjin olsa. Hərşey canlanır, tam ruhunla hiss edirsən canlanmanı. Ya mənə elə gəlir, ya da doğrudan da belədi, zaman niyəsə çox sürətlə gedir sanki. Əvvəl belə olmurdu, indi heçnəyə çatmaq olmur. Gün başlamamış bitir. Məncə hamıya görə belə olmaz.

20220307_173108.jpg

Həə biraz da mövzunu dəyişək. Bir xeyli əvvəl qarşıma, uzun müddət vəkil işləmiş şəxsin ifadəsi çıxmışdı. Suala verdiyi cavab təxmini belə idi: " Bütün davalar, bir birinə güvənən insanlar arasında idi". Bunun tam olaraq nə qədər doğru olduğunu deyə bilmərəm, müəyyən qədər doğruluğu çoxdu məncə. Güvən. Nədi görəsən bu ifadənin dərinliyindəki açıqlama? İnsanın yaşaması üçün vacib bir kəlmədi, düşünürəm. Qazanılması rahat, saxlanılması çətin olanlardandı. Hərkəsə güvənmək olmur, bu bəzən mövzudan bəzən də qarşı tərəfdən asılıdır. Həyatda ilk güvəndiyimiz insanlar ailəmiz olur əlbətdə. Həm də təmənnasız. Bu özümüzdən asılı olmuyan birşeydi, yaradılış təməlimiz belə qoyulub. Bunları qoyaq kənara, müzakirəsinə ehtiyac yoxdu.

20220307_171716.jpg

Birdə digər insanlara olan güvənimiz var. Dostlara, iş yoldaşlarına və.s. Deyərdim yetərincə gözəl bir hisdi. Birinə güvənmək rahatdı, yəni itirəcəyin birşey yoxdu. Olacaq hadisə ən pis halda, qarşı tərəf sizi yanıldacaq və bir də güvənmiyəcəksiz, bu qədər sadə. Həə, ama onu dərk edib, hər addımında fikirləşən kimsən olanda, bax bu başqa məsələ. Elə ən gözəl münasibət də güvənməkdi. "Mən sənə güvənirəm" ifadəsi ən üst sırada olmalıdı. Həə, bəs niyə ən çox davalar, bir vaxtlar bir birnə güvənən insanlar arasında olur? Yenə öz baxış bucağımdan kənara çıxa bilmirəm və ordan gördüklərimi yazıram sizə. Məncə həm yorğunluq, həm də, nə isə ummaq məsələsi burda böyük rol oynayır. Hər dəfə nəyəsə güzəştə gedirsən və sonda nəticə görmədikdə yorulursan. Nəticəni də nə isə gözlədiyin üçün isdəyirsən. Ya da, deməli düzgün profilə güvənməmisən. İlk öncə heç kimdən heçnə gözləməmək, sonra isə heç kimə çox yaxınlaşmamaq lazımdı.

20220307_162018.jpg

Hərdən olur, deyirik " heç kimə güvənə bilmirəm". Özüm də elə bu ifadəni çox işlədirəm. Deyərdim həyat belə də çətin olur. Çünki bəzən güvənəcəyin kiməsə ehtiyac olur. Ailəni etibar etməlisən, sevdiklərini yanında rahat qoyub gedə biləcəyin, güvənəcəyin kimsə lazım olur. İlla ki, həyatın hansısa bir anında lazım olur. Bir də, day güvənirəm deyib aşırı dərəcədə çox şey gözləmək də olmaz. Çünki, heç kim sən deyilsən axı, əlbətdə tam şəkildə sən isdiyəni etmiyəcək. Bunların hamsının əvvəlində özünün kiminsə güvənini daşımağın durur. Sənin isdədiyin kimi, kimsə də səndən diqqətli olmağını isdiyir. Heç kimin güvənini boşa çıxarmıyın, və eynilə kiməsə güvənməyi bacarın🙂.
Bu günlük bu qədər, növbəti postlarda görüşənədək😉

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  
  ·  3 years ago (edited)

.

Güvəndiyimiz insanlar var düzdü, onlara hər hansı bir mövzuda tam inanıb güvənə bilərik ancaq mənim fikrimcə həyatda 100də 100 hər bir mövzuda güvənəcəyimiz insan yoxdur

Tamamilə razıyam. Ama onu da çox problem etməyə dəymir. Çünki elə insan heç olmuyacaq da. 😄