Həyat ertələnməyəcək qədər qısadır.

in hive-131355 •  3 years ago  (edited)

Salam Steemit Azerbaijan ailəsi. Necəsiz nə var nə yox?
Özümün həmişə arxasınca getdiyim belə bir sual verim sizə " Fikirlərinizin ardınca gedirsiz?". Mən çoox vaxt fikirlərimin ardınca getməyə çalışıram. Tamam razıyam bəzilər var ki onları etmək çətindi və ya zamanı deyil və.s. Ama mən onları demirəm. O xırda istəklər olur ee ki, onları etməyə elə də çox şey lazım deyil. Baxın onları deyirəm mən. Hərdən olur ki, ağlıma nəisə fikir gəlir. Onu mütləq etməliyəm kimi bir vərdiş almışam. Hərdən də olur ki, son anda ideya gəlir. Son anda qərar verib onun ardınca getmək bir başqa ləzzət verir mənə.
20211109_080231.jpg
Əslində ağıla gələn ideyaları geri qaytarmaq olmaz. Çünki onu beyin düşünübsə deməli etmək lazımdı, həm də nə isə xeyri var ki o fikir yaranıb. Tamam sizinlə razıyam hər fikri etmək lazım deyil əlbəttə. Mən bizə xeyri olacaq, həyatımıza əyləncə qatacaq, yeniliklər qazandıracaq və ən əsası adrenalin yaşadacaq fikriləri deyirəm. Heç bir fikri sabaha buraxmaq olmaz. Etmək istədiyinizi, kimlərəsə demək istədiklərinizi, sizə lazım olanları heç bir saniyə belə gecikdirməyin. Sabah gec olacağı dəqiqdi. Odur ki həyat peşmançılıq yaşayacaq qədər uzun deyil. Bir sözlə etmək isdədiyiniz hərşeyi edin.
20210108_124600.jpg

Gəlin buna biraz fərqli izah da verim. Təbii ki bütün bunlar öz fikirimdi. Kimsə razılaşmaya bilər, ama mən hamı ilə razılaşacam. Fikirlər 2 formada yarana bilər. Mütləq olanı beyinlə yaranan fikirlərdi. Digərini növbəti postlarda izah edərəm. Beyin dediyimiz orqan bizi idarə edir düzdü. Ama hardasa biz də onu idarə edirik, düşünürük yəni. Bilirsiz ama hardasa gizlində bir yerdə onun da özlüyü var ki, biz ora qarışa bilmirik. O özü fikirləşir. Bu elmi olaraq necədirsə bilmirəm. Heç belə bir şey var ya yoxdu onu da bilmirəm. Tam da öz fantaziyamdı desəm yerinə düşər. Həmin o gizlin yerdən gələn fikirlər var ki onları reallaşdırmaq lazımdı. Ola bilər ki, bu kiçik bir fikir olsun. Ama ona da əməl etmək lazımdı. Çünki beyin özü görəcək ki, siz onun əmrlərini başa düşürsüz, bacara bilirsiz. Və bu təkrarlandıqca daha gözəl ideyalar verməyə başlayacaq. Ama o kiçik istəkləri etməyəndə artıq bir iki dəfədən sora o görəcək ki əmrlər reallaşmır. Belə getdikcə artıq o , sizin zəif olduğunuzu düşünəcək və özü özlüyündə ideyaları dayandırcaq... Belə dostlar bu günlük bura kimi. Beynizi qarışdırmıyım. Ümidvaram mövzu anlaşıldı.Özünüzə yaxşı baxın, növbəti postlarda görüşənədək

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Mütləq gələn dəfə Bakı-Biləcəri alarsan:))

Alarsan yox alarıq 😅

Yaxşı😄

Beli isteklerimizin ardiyca getmeliyik

👍🙂

Əlasan Urfan🤌

Çox sağol gözəl insan😊

O düşüncələri etməklə özümüzü sevdiyimizi, zaman ayırdığımızı, sadəcə başqaları üçün deyil özümüz üçün də yaşadığımızı hiss etdiririk. 👍

Tamamilə razıyam. Fikriniz üçün təşəkkür🙂

Buyurun. 🤗

Doğrudur,sonu hər nə olsa da ağlımızda yerinə yetirilməsi mümkün olan fikirlərin arxasınca getməliyik,etsəydim necə olardı şübhəsindən azad olmaq üçün.

Mənim üçün nə xoş ki mövzu anlaşılıb. Təşəkkür edirəm. 🙂

Postu ürək rahatlığı ilə oxumaq çox gözəl hissdir.
Beyin çox mürəkkəb funksiyalara malik bölgədir. Sənin dediklərində haqq var . Çünki biz doğuşdan kodlanmışıq:)

Nə gözəl sözlərdi bular belə.🙂
Çox sağolun təşəkkür edirəm 😀