Salam Steemit necəsiz?
Hər gün havadan yazmasam ürəyim sıxılar. Deməli günortaya yaxın universitetə getməliydim. Niyəsini də deyəcəm. Binanın həyətindən çıxanda özümü təndirə düşmüş kimi hiss etdim. Həmin vaxt avtobuslar gec gəlir.
Xeyli gözlədim, iş orasıdı heç gələn avtobusda yer də olmadı. Gözləməyə davam, növbəti avtobus biraz boş idi. Səbəb nədi bilmirəm ama biri çox dolu olur o biri boş. Bir neçə gün əvvəl "avtobuslarda kondisioner işləyəcək" deyə xəbər oxumuşdum. O xəbərin doğruluğunu tam anlamı ilə yaşadım. O qədər sərin idi ki, heç düşmək istəmirdim. İstədiklərimizi edə bilmirik deyə mən də avtobusdan düşdüm. Hə keçən postların birində məsləhət saatına getməyə dəymir demişdim. O sözümü bir postluq geri götürürəm. İstisnalar qaydanı pozmadığı üçün fərq etməz məncə.
Növbəti fənn imtahanında məsələ düşəcək. Müəlliməmiz də bilir ki, dərs ili heçnəyə baxmamışıq. Bir semestr ərzində keçdiyi məsələləri iki saata sığdırmağa çalışdı. Qiyabi təhsil keçdi ağlımdan ama dediyim kimi, sadəcə keçdi, qalmadı. Fənn çətin olanda çox oxuyuruq, asan olanda heç oxumaq olmur. Növbəti imtahanda kəsr ehtimalı az olduğu üçün biraz rahatlıq var. Hələlik sağolun, sabah yenə görüşərik.😉
Su üçün deyilsə də bu fikrimcə havaya da aiddir...Hava Həyat Mənbəyidir.♥️ Çox güman ki, intervalında tutuzdura bilməyiblər. Ona görə biri çox dolu olur, digəri yarımçıq vəya boş. Bəlkə də, başqa səbəb var. Fikrimdən keçən ilk səbəb o idi. Dərslərinizdə uğurlar. Söhbətimizə bir əlavə də olacaq. Kimsə pis başa düşməsin. Bunu ən çox tələbələr anlar. Məktəb vaxtı rus dili müəlliməmiz gözəl bir misal çəkmişdi.
Bildiyimiz kimi dünya üzrə çox tanınan dillər arasında ərəb dili qrammatikası çox çətindir. Mən belə eşitmişəm. Bir alimdən soruşurlar bu qrammatikası nə qədər vaxta öyrənərsən, cavabında bir neçə aya... Digərindən soruşublar o da cavabında bir neçə günə deyib. Tələbədən soruşanda o isə cavabında : Nədir? Sabaha imtahan var?😉😂 Bir semestr 2 saata sığışdırmaq tələbə üçün o qədər də çətin deyil. Mən bunu öz üzərimdə təcrübədən keçirmişəm. Semestrin əvvəlindən oxuma gəl axırda zaçotds cavab ver. Tələbə yoldaşlarım bir yana özüm özümə heyrətə gəlmişdim😍Sonra da təpəmə vura-vura.. Bunu vaxtında niyə oxumurdun ki?😂
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Əvvəlcə geniş post üçün təşəkkür. Postun içində bir post daha oldu. 😄
Yəni 1 günə oxumaq olursa və ancaq imtahan üçün lazım olacaqsa 1 semestr oxumağa nə gərək var ki. 😎
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Bəs bir günə oxuyub öyrənə bilməyənlər nə etsin((
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Mənim kimi bir ay əvvəldən başlasınlar.🥲
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit