Salam Steemit.
Həə axır ki, uzun bir aradan sonra evdəyəm. Əslində həmişə evdə olurdum, yəni rayondayam😄. Şəhərdə o qədər qəddar istilər keçirdi ki, nəfəs almaq istəmirdi adam. Elə dünən mən gələndə hava necə dəyişmişdisə elə bil deyirdi getmə, qal birdə isti olmuyacam. Axşam olmağa az qalmışdı ki, çatmışdım evə.
İlk fərqində olduğum səssizlik oldu. Beynim o qədər səsə öyrəşmişdi ki, birdən səssizliyə düşdüyü üçün hələ də çaşıb qalıb. Buralar sözün əsil mənasında qəşəngdi.👌🏻Görüləsi "n" qədər iş var ki, hamsını çatdırmalıyam. Əgər vaxt tapıb yaza bilsəm siz də görərsiz. İşlər biraz azalsın keçərik tanışlıq məsələsinə. Hələlik sağolun, bu gün istirahət günümdü.💆♂️