Sıradan gün...||club5050

in hive-131355 •  3 years ago  (edited)

Salam Steemit Azərbaycan, necəsiz? İşləriniz necə gedir? Deməli keçən ayın 28dən televiziya kanallarının tezliyidi, nədi dəyişildi axı. Çox da məlumatım yoxdu nə olan şeydi, niyə dəyişildi. Heç televizora baxan da deyiləm, elə ancaq yanından keçəndə gözucu nə görsəm odu. Evdə 3 televizor var heç biri də göstərmir, düzdü elə çox da baxan yoxdu, ama işləmir deyə hamı televizora baxmaq istəyir.
IMG_20220208_175858.jpg
Axır ki, dünən kanalları yığmaq üçün kimisə tapdıq. Deməli getmişəm həmin şəxsi gətirmək üçün, zəng elədim, dedi işim var, bitirim zəng edəcəm, gedərik. Mənim bu "ağıllı" telefonumda da set gedibmiş, mən də xəbərsiz bir saat aşağı yuxarı gəzmişəm ki, bəs indi zəng gələcək gedəcəm. Axırda bezib bir də zəng edəndə hər şey aydın, mən də günahkar oldum. Nəysə axır ki, bizim televizor da göstərir ama yenə baxan yoxdu. Bu millətə xeyri yoxdu da. Kimin əlinə nə fürsət düşsə vəssalam. 25 manat olan aparat indi 35 manat olub.IMG-20220208-WA0040.jpg Deməli bir məntiqi sual verəcəm, əgər rəy yazan olsa digər rəylərə baxmadan öz cavabınızı yazarsız.

Sual

"Bir ər və arvad xarici ölkəyə səyahətə gedirlər. Hər yeri gəzib kilsəyə də baş çəkirlər. Kilsə çox isti olduğu üçün kişi arvadının yelpiyini alıb özünü yelliyir. Keşişin danışığından darıxıb yuxuya gedən kişi yuxusunda görür ki, bunu əli bağlı edama aparırlar. Cəllad baltanı kişinin boynuna endirən anda kişinin əlindəki yelpik boğazına dəyir və kişi qorxudan ürəyi tutur ölür." Bu sualda olan məntiqi səhvi tapın.
IMG_20220208_171552.jpg Əvvəlcədən deyirəm kiçik bir səhv var. Diqqətlə oxusanız tapa bilərsiz. Düzü mən diqqətlə oxusam da tapa bilməmişdim. Sualın qoyuluşuna birdə sualın nədən ibarət olduğuna diqqət edin, sonra deməyin ki sual səhvdi😆. Cavablarınızı gözləyirəm.
Hələlik bu qədər, sağolun. Növbəti posta görüşənədək. ✌️

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Bilirəmmm 😆 Kişi əgər ölübsə, kişinin gördüyü yuxunu necə biliblər?

Heç olmasa bilirəm yazmazdız 😆.

  ·  3 years ago (edited)

bəs cavab bildim də, necə yazmalı idim?😂😂

Əvvəldən bilirdiz yoxsa indi tapdız? 😄

ahahaha bilirdim😂

Növbəti postda görüşərik 🤝

mütləq

Qatılıram. Doğru cavabdı. Məni maraqlandıran ooo aparat məsələsidi. Doğrudan 35 manatdı?)

Doğrudu həə. Bəli biz elə aldıq. 🥲

Tanış gəlir bu sual) cavabı da aydındır artıq

🤝🏻

Ehh hamı bilirmiş 😆

Ahahah bunu görmüşəm.😂yuxunun danışılması səhvdi

Bəlii elədi 😆

Təsadüf nəticəsində bir günü də tamamlaya bildiyin üçün təbriklər😄

Təsadüf ee özdə😆

Daha çətinlər ilə gəl, bura tələbə topluluğudur))

Bu sual bu topluluqda aylar önce verilib😉))...

Məlumatım yoxidi 🥲

Əsas odur ki sualları bol elə, bir az da çətinləşdir zəhmət olmasa. Hər şey əladı👍))

Digər məntiqi səhv : Yelpik boğaza dəyir və kişi qorxudan ölür. Ne alaka🤔😂

Kişi realda boynuna balta dəyirmiş kimi olur və ölür 😆

😂😂

Subyektiv fikrimdir: 1. Krosnuları sıxışdırmaq. 2. Peykə çıxışda keyfiyyətin artımına görə tezlikləri tez-tez dəyişirlər. Bu vəziyyətdə əsas çıxış yolu bir balaca xərcə düşüb Tvbox almaqdır. Çerez internet bütün işlərivi gör. TV -ı andra çevir..İstədiyin vaxt istədiyin kanalları yığ. Deməli dekabrın əvvəli ustanı çağırdım düzəltdi, indi yenə göstərmir. Mənimçün can rahatlığı. Xəbərləri telegram kanallarında izləyirəm. Ən azından tvdəki kimi goplamırlar. TV-də xülasələr və təkrarçılıqlar çox olur. Hələki, türk kanalları ilə yola veririk. Fikrimi qətiləşdirmişəm Tvbox üçün. Məsləhətlidi

Əla. Ama Tvbox nədi bilmirəm 😆

Əla günün olsun. Ağılsız televizoru ağıllıya çevirir😊. Yəni sadə TV-ni smart edir.Eşitdiyimə görə hətta köhnə TV-lərə də qoşmaq olur. Plazma olmayanlar pultlu trupkalı TV-lər. Camaat o TV-lərdə candy crush oynuyur tvbox-un hesabına