Gərçəklik.
Fəlsəfədə hər hansı anlayışı başa düşmək üçün ona sinonim olan anlayışlardan istifadə olunur. Gərçəklik və reallıq "varlıq" anlayışının sinonimidir. Keçmişdə mövcud olmuş, hal hazırda mövcud olan, gələcəkdə mövcud olacaq bütün hadisələr, proseslər toplusuna, gərçəklik deyilir. Baş verən hadisələr sürətinə görə, "uzun ömürlü" və "ani baş verən" olaraq iki yerə bölünür.
Reallıq da geniş mənaya malikdir. Reallıq, obyektiv və subyektiv olaraq ayrılır. Obyektiv reallıq insan şüurundan kənarda mövcud olandır. Atom, nüvə, qalaktika, metaqalaktika kimi anlayışları saymaq olar. Subkeytiv reallıq isə insan süurunda, insan təfəkküründə mövcud olandır. Anlayış, mülahizə, obraz, elmi bilik və.s saymaq olar.