Salam, hər vaxtınız xeyir, Steemit Azərbaycan ailəsi.. Necəsiniz?
Ta keçən həftə həyatımda bir ilk edib dədə baba şirniyyatımız olan şəkərbura etdim.
Çəkdiyim əziyyəti göz önündə saxlayaraq növbəti on ildə bir də bişirməməyi düşünürəm. Etapları bitmir, əziyyəti bitmir, saatlarla durmadan bir şeylər edirsən ancaq sadəcə beş ədəd şəkərbura əmələ gəlir. Bildiyiniz həyatımın imtahanı idi. Az da etməmişəm. Bitirə bildim sonunda. Bu işin zarafat hissəsi idi.
Biraz da hazırlanmasından yazım. Təbii ki tərkibini yazmayacam. Çünki məndən görüb də kiminsə etmək istəyəcəyini düşünmürəm.)) Xəmir yoğrulur, yuxa kəsilir, içlik qoyulur, qıraqları bükülür və nəhayət üstünə naxış vurulur. Sonda isə yumşaq pambıq kimi şəkərburalar olur. Mən çox balaca etdim, çünki böyüyü əlimdə tutub bəzək vura bilmədim. Sonda gördüm bitmir biraz da rulet etdim.
Dadı mənə görə yaxşı idi. Sadəcə qıraqlarını edə bilmədim o qədər. İlk dəfəyə görə müsbət qiymət vermək olar.) Və bir qaldı qoğal bişirmək. Onu da bir dəfə sınamaq lazım. Keçmiş şirniyyatlarının yerini məndə heç bir şey əvəz edə bilməz. Ona görə bişirməyi bacarmalıyam. Təbii ki analarımız kimi edə bilmərəm.)) Bu mənim şəkərbura macəram idi. Həqiqətən çox çətin gəldi mənə.
Bu gün də çərşənbədir. Çərşənbələr mənim üçün xüsusidir. Bu gün sonuncu çərşənbə olan torpaq çərşənbəsidir. Sözdə çərşənbə yazın gəlişindən xəbər verir ancaq bu gedişlə şaxta baba da bizimlə tonqaldan atlacayaq.)) Yaz abu havası hiss olunmasa da mən xonçam qurdum.
Axşama da Qəbələlilərə xas olan dolmalı aş etdim. Bilmirəm ilk dəfə eşidirsiniz ya artıq dadına baxmısınız. Amma deyə bilərəm ki dadına baxmalısınız. Çox ləzzətli olur.
Bele dəyərli oxucular.. Oxuduğunuz üçün minnətdaram.. Özünüzə yaxşı baxın.. Hər zaman süfrəniz bol ruzili və
Dadı əla idi şəkərburaların😀
Dolmalı aşı mən niyə eşitməmişəm heç🤔
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Nuş olsun. 🤗
Bir dəfə qonaq etmək lazımdır o zaman..
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Mütləq💃
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit