Anlıq 💚

in hive-131355 •  3 years ago 

Salam, dəyərli Steemit ailəsi. Axşamınız xeyir..
Bir həftənin də sonuna gəldik. Həftə sonu daha çox yorulsam da çox sevirəm ailəmlə vaxt keçirməyi. Adətimdən geri qalmayaraq ilk öncə bazara getdim.
IMG_20220417_094834.jpg
Getdiyim yerdə yolumun üstündə çox səliqəli hazırlanmış gül mağazası var. Baxdıqca baxmaq istəyir insan. Həm al-əlvan rəngləri insanı özünə cəlb edir həm də xüsusi düzülüşü, səliqəsi. İnsana müsbət aura bəxş edir.
IMG_20220416_100929.jpg
İnsanlar da belədir məncə. Danışdıqda zövq aldığın və tam əksi danışdığın üçün peşman olduğun. Hər zaman nə halda olsam da necəsən sualına mənfi cavab verməməyə çalışıram. Məncə ünsiyyətin ən önəmli yerlərindən biri odur. İlk başladıqdan qarşındakı insana müsbət enerji ötürmək. Hər kəsin həyatında çətin günləri, narahat zamanı, maddi sıxıntısı olur. Bunu hər saniyə biruzə vermək heç də yaxşı hal deyil. Bir vaxt sonra həmin insanların sözləri, həyatları sadəcə ifadə olaraq qalır. Bəzi yerdə danışıq forması budur deyib keçir insan. Bir sözü bir hadisəni çox dilə gətirdikdə onun çətinliyi də, mənası da özünü itirir.
IMG_20220416_100916.jpg
Vəəə təbii ki insan vardır ki onunla saatlarla danışarsan ancaq bir an belə sıxılmarsan. Həm dərdini deyərsən həm həyatını paylaşarsan. Deyib gülmək də öz yerində. Ətrafına xoşbəxtlik gətirən insanları çox sevirəm. Həyatımda bir neçə bu tipdə insan var. Onlarla telefonda belə danışdıqda rahatlayıram mən. Həyat o qədər qısa, o qədər problemli, o qədər eniş yoxuşludur ki insan bəzən sadəcə dinclik, sakitlik istəyir. Onun üçün öz həyatımızla başqalarını yormağa dəyməz. Təbii ki dərdləşmək də lazımdır amma dediyim kimi aşırı deyil normada.
original_e0d67864-5116-4fac-8fdd-a2ce0c25014f_Screenshot_2022-04-17-12-20-01-130_com.whatsapp.jpg

Bele dəyərli oxucular.. Özünüzə yaxşı baxın.. Xoşbəxtlik dolu günlərinizin olması diləyi ilə.. 💚

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Əllərinə sağlıq gözəl, mənalı bir post olub. Yazının bir yeri ilə daha çox razıyam səninlə necəsən sualına müsbət cavab vermək lazımdı mənim fikrimcədə;)

Çox təşəkkür edirəm.❤️ Bəli, elədir ki var. 👍🏻