Salam, Steemit Azərbaycan ailəsi. Axşamınız xeyir olsun. Necəsiniz?
Bu gün hava çox durğun idi. Evdən çölə baxdıqda sanki hər bir şey sakitliyə qərq olmuşdu. Axşama doğru biraz külək və yağış başladı. İşlərim çox olduğuna görə təmiz havada gəzməyə vaxt edə bilmədim. Bu gün ancaq ev işləri gördüm, dörd ədəd çiçəyim var onlara qulluq etdim. Öncə suladım, torpaq əlavə etdim, təmiz havaya çıxardım. Məncə sevdilər onlar da bu dəyişikliyi.
Bu gün özümçün bir şeylər etməmişdim deyə axşam təlim vardı qoşulum dedim. Nəzərimdən qaçıb səs açıq qalıbmış. Mən də bir yandan dinləyir bir yandan musiqi oxuyuram. O an orda adımın çəkilməsi və səsin açıq olmağını eşitməyim çox pis hiss idi .)) Çox utandım ancaq edəcək heç bir şey yox idi. Həyəcandan etməyə heçnə tapmadım və təlimdən çıxdım. Allah düşmənimin başına gətirməsin. 😅 Gecə gece həyəcan da oldu mənə. Həyatdı deyib yadımdan çıxarım..
Özünüzə yaxşı baxın.. ❤️