Salam, Steemit ailəsi.. Axşamınız xeyir.. Necəsiniz?? Bu aralar hər kəs özünü deyil də başqalarını daha çox düşünür sanki.. Dünyada günahsız bir insana dahi bir şey olsun istəmərəm.. Hər kəs də mənim kimidir yəqin ki..
Bu aralar hamı bir şeylər yazır.. Hamı bir şeyləri dünyaya göstərir, isyan edir, sosial videolar çəkir, bəziləri hətta təhqir edir, bəziləri yalvarır.. Baxıram da hamısı boşa gedir elə bil .. Ya da mənə elə gəlir.. Heç bir xeyri yoxdur axı.. Yazılanların, deyilənlərin.. Düşünürəm də başqa nə etmək olar, necə davranmaq lazımdır deyə heç bir nəticə əldə edə bilmirəm? Necə olur axı bu əsrə gəlib çatmışıq ancaq hələ də bəzi davaları edirik. Hara getdi texnika ili, daha müasir texnika, xəstəliklərə daha rahat diaqnoz qoymaq, başqa sahələrdə əldə olunan uğurlar?!
Niyə axı inkişaf etmək varkən, əlimizdə hər bir imkan varkən insan silahı yaradır ki?! Niyə axı etdiyi əmələ görə azca da varsa peşman olmur axı, gece necə rahat yata bilir axı?! Heç düşünmür ki o silah onun da yaxınına qarşı istifadə oluna bilər?! Hər zaman bu söhbətlərdə yaşımın azlığına verirəm bəzi anlamadığım yerləri. Təbii ki burada haqlı kimdir, haqsız kimdir deyə axtarmıram, sadəcə beynimdə cavabsız qalan suallarla gəzirəm..
Hər zaman hər bir mövzuda insan olaraq səhvi tapırıq ki ən asan üsul da budur. Ancaq indi elə bir haldır ki səhvi axtarmaq deyil də çarə tapmaq lazımdır. Yazdığım biraz gülüncdür bilirəm. Necə deyərlər böyüklər məsələni həll edə bilmirlərsə mən bu mövzuda heç bir şey edə bilmərəm. Və bu çox üzücüdür. Fikrim sadəcə müharibəyə aid deyil. Dünyada baş verən bütün vəhşiliklərə aiddir. Qadına, uşaqlara, heyvanlara, təbiətə qarşı olan vəhşiliklərə.
Bu gün belə oldu.. Özünüzə yaxşı baxın.. Özünüzü qoruyun.. Və mərhəmətli olun.. ❤️