Salamlar, Steemit Azərbaijan ailəsi. Hər vaxtınız xeyir. Necəsiniz?
Topluluğumuzda tələbələri gördükcə tələbəliyim yadıma düşür. Ona görə bu gün tələbəlikdən yazmaq istəyirəm. Mən 2015 - ci ildə "Qafqaz" universitetinə qəbul olmuşdum. Fizika müəllimliyi ixtisası üzrə.
Bir il hazırlıqda ingilis dili keçirildikdən sonra öz ixtisasım üzrə təhsil aldım. Necə deyərlər fizikanı ingilis dilində keçdik.)) Mən hazırlıqda ingilis dili ilə yanaşı türk dili dərsinə də girirdim. İndi isə sadəcə ingilis dili keçirilir türk dili yoxdur. Bizdə hazırlıqda oxuyarkən hər iki aydan bir qruplar dəyişdirilirdi. Başqa müəllimlər dərs deyirdi, başqa uşaqlarla girirdik dərsə. Mən insanlara gec adaptasiya olduğum üçün mənim üçün bir qədər çətin olurdu. Hər gələn müəllimin metodu fərqli olurdu. Bəzi çətinliklərim olsa da hazırlıq keçdiyim bir il çox maraqlı olmuşdu.
O zamanlar fərqli sistemdə idi universitet. Danışmanlıq saatımız olurdu hər həftə. Universitetə alışmağımız, dərslə əlaqəli bir problemimiz olarsa o zaman həll olunurdu. Hətta müəllim özü bəzi tələbələrlə ayrı söhbət edərdi bəzən. Danışmanlıq saatının ən sevdiyim özəlliyi heç bir tələbənin səhvi ümumilikdə deyilməzdi.
Bir il ingilis dilini öyrəndikdən sonra növbəti ildə öz ixtisasım üzrə təhsil almağa başladım. O zaman çox çətin gəlmişdi mənə. Yeni müəllimlər, yeni auditoriya, yeni dərslər. Müəllimlər hamısı gəlib ingilis dilində dərsi keçib gedirdilər. Yeni olduğum üçün bilmirdim ki fizikanı başa düşüm ya terminləri əzbərləyim. Ancaq çox uzun çəkmədi. Yavaş yavaş vərdiş olmağa başladım. O zaman daha universitet öz qaydası ilə gedirdi. Bir semestrdə iki kuiz, bir midterm, və bir də final imtahanı verirdik. Bu sistem mənə görə yaxşı idi çünki noyabrda midterm imtahanı verirdik o zamana kimi keçilən dərslər yanvarda final imtahanına salınmırdı. Bəzi müəllimlər bəzən bütün il boyu keçəni salırdı ancaq.
Sonra 2017 - ci ildən artıq adı da dəyişdirildi oldu " Baku engineering university" . Təbii ki dəyişdirilən sadəcə ad olmadı, bir çox müəllimlərimiz işdən çıxarıldı, sistemi dəyişdirdilər. Bütün türk müəllimlərimiz işdən çıxarıldı, hətta rekorumuz belə dəyişildi. Rekorumuz heç bir zaman qapısını belə bağlı saxlamazdı ki tələbələr istədikləri vaxt rahatlıqla gəlib sözlərini desinlər. Artıq dövlət universiteti olduqda təbii ki bunların heç biri qalmadı. Necə deyərlər əvvəlki tələbəyə verilən rahatlıq aradan qaldırıldı. Təbii ki bu bütün müəllimlərə aid deyildi.
Fizika ixtisası üzrə çox müəllim dəyişikliyi olmadığı üçün bizdə elə də fərq hiss olunmurdu. Dediyim kimi sistem dəyişməyə başladı. Bu hal sadəcə tələbələr üçün deyil hətta müəllimlər üçün də çətin idi. Çünki müəllimlər yeni qaydaları tətbiq edə bilmirdilər. Mən sona kimi yarı köhnə "Qafqaz" qayda qanunu ilə başa vurdum. Beləcə beş ilim sona çatdı. 2020 - ci ildə məzun oldum amma karantin olduğu üçün məzun günümüz olmadı. Kep atma törenimin olmağını çox istəyərdim..
Oxuduğunuz üçün minnətdaram.. Özünüzə yaxşı baxın.. Bu həyatda özünüzə bir şeylər etmək üçün əlinizdən gələni edin. ❤️
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Çox təşəkkür edirəm.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit