Gördüyünüz kimi 10 gündür demək olar ki heçnə yaza bilmirəm. Dizaynerlərin ən ağır ayı Dekabr və Mart ayıdır. Çünki hər iki ayda da böyük iş yükü olur və bunun altından qalxmaq çox çətin olur. Öz adıma deyə bilərəm ki işin ağırlığından evə gedəndə leş düşürdüm. Bu baxımdan heç kimə Dekabr və Mart aylarında ağır iş yükü arzulamıram.
Birjada da vəziyyət heç ürək açıcı deyil. Əslində günü gündən düşən Steemitin qiyməti bizə alış zamanı sərf edir. İrəliki günlər üçün təbii ki.. Buna rəğmən yenə də insanın könlü istəyir ki 1 dənə steem`i belə olsa qiyməti 100 USD olsun :)
Yenidən yazmağa çalışacam uşaqlar hər gün. SAdəcə vaxt məhdudiyyətindən dolayı hər gün yaza bilmirəm.