Muxas bəhli

in hive-131355 •  3 years ago 

images.jpeg

Şəkildəki muxas bəhli deyil. İndidən deyib ki çaşqınlıq yaratmasın. Şəklini tapa bilmədim yoxsa qoyardım. Bəhlinin nı olduğunu bilməniz üçün qoydum. Çünki bəhli Oğuz Qəbələ zonasının məxsus toponimdir. Nəysə...

1992-ci ildən bu yana demək olar ki uşaqlığımın hər yayını Qəbələdə keçirirdim. 8-9 yaşım olardı. Uşaqlığım təxminən aşağıdakı şəkildəki oğluma bənzəyən bir şey idi. Hətta hər kəs kopyandı deyir.

IMG_20210509_170611.jpg

Mən də tərs kimi dəcəl və yaramaz uşaq idim. Öz uşağını tətil vaxtı rayona qohum əqrabaya göndərmək qohum əqraba üçün böyük risk idi əslində. Bunu indi başa düşürəm. Xalamgildə idim, və həyətlərində yalan olmasın 20-25 metr uzunluğunda Muxas bəhli ağacı var idi. Muxas bəhli budaqları çox kövrək ağacdır. . Çıxmışdım lap
Təpəsinə. Xalam da tam o sırada bağçadan işdən gəlirdi. Kendisi bağça müdiri idi. Birdə gördüm xalam uzaqdan qışqırmağa başladı:

  • Ay bala vasiiiiif. Ədə hara çıxmısan sən. Düş aşağı. Əəəəə sən toyuqsan ki sənə nəsə olsa gedib bazardan birini də alıb mamana verim?

O gün uşaq idim bunu dərk etmirdim. Amma indi hər şeyi çox gözəl dərk edirəm. Siz siz olun məsuliyyətli olun.

Aşağıdakı qızım da qız versiyamdı.

IMG-20210821-WA0001.jpg

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

MAŞALLAH olsun.Xeyirli övladlardan olsunlar AMİN İNŞƏƏALLAH. Biz tərəflərdə də el dilində bəhli adlı meyvə var.Bir növü ağ gilasa oxşayır, bəlkə də özüdü. Deyə bilmirəm. Həm də sözüvə qüvvət. Bir Bibim digər Bibimin uşağına "1 man40 köpüklük çolpaSan" deyir. Bibimoğlu arıq incədir. Çəlimsizdi. Baxmayaraq ki, kənd uşağıdır. Hələ uşaqdır. Böyüməsinə var)

təşəkkür edirəm.

Bəhli qəşəng sözdü😊

möhtəşəm sözdür.

Aliəsinə, vətəninə, millətinə xeyirli və bərəkətli evlad olsunlar qardaş. Səni onların atası olaraq göstərib minnətdarlıq eləsinlər xeyirli əməllərinə, uğurlarına görə.

təşəkkür edirəm əzizim.

Allah saxlasın.Bizim tərəflərdə də(İsmayıllıda) bəhli sözü çox istifadə olunur.

Qəbələ, İsmayıllı və Oğuz demək olar ki eyni sözlərdən istifadə edir.