Pərdənin ardındakı SƏN

in hive-131355 •  3 years ago 

Pərdənin ardındakı sən.jpg

Rol almaq deyəndə hamının ağlına aktyorluq və xüsusilə yadımızda oynadığı rollarla yaddaşımıza həkk olunan aktyorlar düşür. Təbii ki onların bizim üçün nümayişkaranə şəkildə zövqümüzü oxşayan rolları çox çətin mərhələlərdən və təhsildən keçir. Və bu öyrəndiklərini və doğuşdan gələn bacarıqlarını da bu rola qatıb bizə təqdim edib təqdirimizi qazanırlar. Öz özlüyündə çətin və bir o qədər də zövqlü şeydir. Amma həyatdakı rolların heç də hamısı süni deyil. Təbii ki şəkildə çəkilən rollar var. Özü də nə az nə çox 10 milyard. Deyəcəksiniz ki söhbət hansı roldan gedir və bu 10 milyard aktyor hardadır. Göründüyü qədər ütopik və qeyri-real rəqəmlər deyil.

oyunculuk 2.jpg

OYNADIĞIMIZ ROLLAR

Həyata hansı pəncərədən baxmağımızdan çox şey asılıdır. Həyata kor koranə baxan və yaşayan biri üçün bu dünya yeyib içmə dünyasıdır. Onun bu dünyada aldığı rol bir filmdə epizodik olaraq restoranda keçən yeyib içmə səhnəsində sağlıq deyən qaqaş roludur. Ondan o tərəfə keçmir. O özünü bu roldan o tərəfə görə bilmir. Bəzi insanlar isə həyat tərzləri, prinsipləri, davranışlar, sərf etdiyi sözləri titizliklə seçir. Eynilə bir Ssenaristin onun üçün əvvəlcdən yazdığı və əzbərlətdiyi sözlər kimi. Bəlkə baş rolda deyil amma əhəmiyyətsiz bir rol da deyil. Çox olmasa da baş roldakılarla 3-5 dəfə kəsişir həyatı. Bu pəncərədən baxsanız hər kəs bu dünyada bir rol oynayır. Bəzi rollar yadınızda qalır bəziləri isə ötəridir, külək kimi. Keçib gedir.

ROL ALDIĞIM SƏHNƏLƏR

Hər kəsin həyatında yadda qaldığı səhnələri var. Kimisi təhsildə, sevgidə, səyahətdə, oyunda, filmdə, televiziyada və s. Yəni hər kəs bir rol alıb bu dünyada. 90%-in yadda qaldığı ən önəmli rollardan biri sevgilisi olacaq namizədin sevgisini qazanmaq üçün oynadığı roldur. Diqqət edirsinizsə bu rol sadəcə nəticəsi ilə yadda qalır. başlanğıcdan nəticəyə gedən yolda 3-5 səhnə önəmlidir. Qalanları sadəcə süni şəkildə oynamış olduğu roldur. Kimisi yalanla, cəsarətlə, eşqlə, məharətilə bu rolu oynayıb. Kimisi sadəlövhcəsinə. Sevgilimlə ən yadda qalan rolum. Ona ilk yaxınlaşmağım, ilk vəədim və Nəticədə baş tutan evliliyimdir. O aradakı bütün danışıqlar, sözlər oynadığımız rolun bir parçası deyilmi? Filmlərdəki rollardan fərqi varmı? Tək fərqi oynadığımız rolu o an ətrafımızda olan sayı məlum şəxslərin görə bilməsidir.

Oyunculuk.jpg

PƏRDƏNİN ARDINDAKI SƏN

Pərdənin ardındakı SƏN o qədər önəmlidir ki, ona sadiqliyiniz bəzən sizi yanlış rollara sürükləyə bilir. Eynilə filmlərdəki kimi. Filmin başından sonuna qədər məharətlə oynadığı rolu izləyiciyə inandırmaq böyük ustalıq tələb edir. Və son anda gözləmədiyin hərəkətlə bütün izləyicini şok etmə bacarığı yaşadırsan. Atalarımız buna el arasında "Sənə güvəndiyim dağlar, sənə də qar yağarmış" və yaxud "Səndən heç gözləməzdim" deyimiylə açıqlaya bilərəm. Ətrafımızda rollarını mahir şəkildə oynayan tanışlarınız ola bilər. Xüsusilə əkizlər bürcünün nümayəndələri bu işda kifayət qədər bacarıqlıdırlar. Təbiətcə iki, üç və yaxud dörd şəxsiyyət formalaşdırıblar. Hər situasiyaya uyğun bir rolları mütləq var. Fantaziyaları və yaradıcılıqları o qədər güclüdür ki, sizə möhtəşəm yalanları doğruymuş kimi qəbul elətdirə bilərlər. Öz rolunuza sadiq qaldığınız müddətcə dəyərlisiniz.

Çalışın bu həyatda aldığınız rol sadəcə sizin yox, ətrafınızdakıların da yaddaşında qalsın. Zəfər gününün səbəbkarı şəhidlərimiz kimi, Cumhuriyyətimizin qurucularının oynadığı rollar kimi. Rol roldur. Önəmli olan onu necə oynadığındır.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Bəli rol roldur. Əsas necə oynamaqdır!

Elədir ki var.

Hər anı həvəslə yaşmaq, can deyib can eşitmək. Fərqi yoxdur pulun nə qədərdi. Əsas oynadığın rol hər sonu xoşbəxtliklə bitəcək serial olsun.

Təşəkkür edirəm