Sənin var yoxunu ...

in hive-131355 •  3 years ago 


IMG url: https://www.hizliresim.com/jyggkqa

Buna el arasında təskinlik söyüşü deyirlər. Bəzən əsəbləşirsən, itirmək istəmirsən çünki müəyyən dəyəri var həmin şəxsin buna baxmayaraq yenə də onu alçaltmalısan məsələnin ciddiliyini başa düşməsi üçün. Bu əsnada ağlımıza gələn ilk şey SÖYÜŞ`dür. Genetik fondan gələn min illərin bizə qazandırmış olduğu instiktidir söyüşlər. Kiçik yaşlarda oğlan uşaqlarımıza öyrədilməsinə göz yumub, böyüyəndə söyüşlə danışmaması üçün yenidən təlkin edirik. Buna da Paradoksal Davranış aldatmacası deyirik.


IMG url: https://www.hizliresim.com/950y00s

Milli söyüşlər (köpəyoğlu, köpəy uşağı, köpək qızı, düdük və s.) gündəlik həyatımızın bir parçası olsa da ədəbsiz söyüşlərdən də bir o qədər qaçınmalıyıq. Ümumiyyətlə alçatlma həddi o qədər önəmli bir şeydir ki alçaltdığın şəxsin tutduğu mövqeyi də alçaltmamalısan. Çünki bu alçaltma əsnasında həmin mövqeyə olan etimadı da itirirsən. Bunun əyani sübutunu 2-ci Qarabağ müharibəsində açıq aşkar gördük.


IMG Url: https://www.hizliresim.com/gj9n3al

Nəcməddin Sadıqov adlı bu general 30-35 ildir ki Azərbaycan ordusunda xidmət edir buna baxmayaraq bu şəxsin Azərbaycanlı əsgərlərin, şəxslərin ölümündə əli var. Tərtər hadisələri, General Polad Həşimovun ölümü də daxil. Çünki Azərbaycan ordusunda xidmət etsə də xidmət etdiyi əsl yer Rusiya idi. Və Azərbaycan xalqı bunu harda şəklini görsə söyür, alçaldır, söyüşün bütün dialektlərindən istifadə edir. Və bu əsnada onun tutduğu vəzifəni də alçaltmış olurduq. Bunu bilərək və yaxud bilməyərək edirdik. Yəni o əsnada bu şəxsi vətəndaşın əlinə versəydilər, canlı canlı didərdilər.


IMG Url: https://www.hizliresim.com/d3758br

FETÖ çevrilişi zamanı AKIN ÖZTÜRK adlı bu generalı tutmuşdular və tutduqdan sonra polislər döymüşdü və bu generalın fotosu sızmışdı medyaya, xalq dərhal ayaqlanmışdı və bu şəkildə alçaldılmasının yanlış olduğu, çünki ordunun generalına bu formada münasibət bildirdikdən sonra həmin ordunu ucaltmaq çox çətin olur. Və vətəndaşın bir başa məsələyə müdaxiləsi çox doğru idi.

Biz də zamanla bu davranış kodekslərinə cəmiyyətimizə və ilk olaraq övladlarımıza aşılamalıyıq. Alçaltmaq və söyüş söymək hissi genetik qazanılmış instikt ola bilər amma onun istifadəsini doğru şəkildə yönləndirə bilərik. Buna görə də söyüş söydüyümüz zaman çox diqqətli olmalı, bu söyüşün kütləviləşməməsi üçün çalışmalıyıq.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

O tiplilərin palojnalarıdır. (rus demişkən)Belə bir fikir də əlavə edim. Söyüş söymək bir tərəfdən psixoloji rahatlıq, digər tərəfdən isə insanın zəifliyidir. Bəlkə də, çoxumuz rast gəlmişik. Dalaşan uşaqlardan gücü çatmayan söyüb qaçır. Bir növü düşünürki, söyüşlə zərbə endirdi. Lakin, düşünmürki, bircə neqativ söz onu ətrafındakıların gözündə necə də alçaldır.

Qeyd etmişəm yuxarıda bunu. :)

Təkrar biliyin Anasıdır))

Amma söyüş meditasiyadı da. Adam bi rahatlaşır ki. Aça bilmədiyin qapını söyürsən, əlindən düşən stəkanı söyürsən, xoşbəxt olursan :)

Elədir ki var. Vazkeçilməz söz ehtiyacımızdır. :)

Birdə bizdə belə bir şey var, tərif mənasında işlədilən söyüşlər. Pisə də köpəyoğlu, yaxşıya da köpəy oğlu deyirik, ama arada fərq var ki, biri söyüşdü biri tərif))

Ona görə də yazıda onlara milli söyüşlər demişəm :)