A universitet yolları universitet yolları...👩‍🎓🧑‍🎓

in hive-131355 •  3 years ago  (edited)
Salamlar. Necəsiniz? Son postlarda tələbəlik haqqında ki, yazılarınızı oxuduqca öz tələbəlik illərim gözümün qarşısından lent kimi keçir. Bu gün mən də bu mövzudan yazmaq istədim. Mən 2017-ci il BDU kimfak məzunuyam. BDU-ya ilk qəbul olduğumda o qədər sevinmişdim ki.... Bilirsiniz niya ətrafımda olan hərkəs o qədər tərifləmişdi ki , ay belə prestijli universitetdi , ay belə yaxşıdı ay helə falan filanların təsirindən çox böyük ümidlərlə başladım tələbəliyə. Amma bu 4 ildə bir deyimi anladım bir daxil olan sevinirmiş bir də bitirən. İlk günün həyəcanı hələdə yadımda. İlki Bakını yaxşı tanımadığımdan itmişdim. Universiteti tapanmırdım. Sonrasında qrupum hansıdı, kimlər var, necə tip insanlardı, nələr gözləyir məni ...bu kimi suallarla başladım ..tələbəliyə

1-ci semestr demək olar dərsləri oxuya bilmirdim. Abiturient vaxtlarından o qədər yorulmuşdum ki, heç bir kitaba belə yaxın durmaq istəmirdim. Və bilirsiniz nə oldu ...... Məncə bilirsiniz tam 3 fəndən kəsildim . O birilərindən də necə keçmişəm heç özümdə bilmirəm. 5 -6 fən var idi keçdiyimiz və bəli mən 3- dən kəsildim. Ondan ağlım başıma gəldi və kəsrin nə demək olduğunu başa düşdüm. İlk il bizdə kecid balları səhv etmirəmsə 25 idi. 25 baldan az toplayanlar dərslərdən kəsilirdin. Bu bal sistemi o vaxt BDU-da qalmışdı və həmin semestr sonunda Tələbələr nümayiş etdilər və beləliklə BDU-da bu bal sistemini ləğv edib hamı kimi 18 ballıq sistemə keçdi. Şansım gətirdi 2 fəndən keçdim qaldı 1 kəsrim. Sonrasında da nə öyrənsəm yaxşıdı məlum oldu ki mənim kəsildiyim bu fən 2 semestr olduğu üçün və növbəti semestr da həmin dərsə girə bilmədiyim üçün alın sizə 2 nur topu kimi kəsir. Sonra ki, ildə də bu fən oldu 1 semestr və aləm dəydi bir-birinə . Bu kəsr mənimlə düz 3-cü kursa kimi gəldi. Nəysə onu anladım ki, kəsr heç də yaxşı şey deyilmiş. Zəli kimi yapışır səndən. Nə olur olsun oxu və ya başqa yollarla da olsa fənni həmin dövrdə həll et.. Bəli imtahanlar çox stressli keçirdi. Ən stress çəkdiyim vaxt isə balların çıxmağı olurdu. Çünki elə bir sistem qurulub ki, sualları yazsan belə hər zaman bir kəsilmə qorxusu olur. İmtahan hazırlaşmaq isə başqa bir tema olur. Mən adətən son günə saxlayırdım hamısını . Gecə yatmadan səhərə kimi oxuyurdum və imtahana gedirdim. Bəzən bəxtim gətirmirdi zəif bildiyim və hətta heç bilmədiyim sullarda biletimdə olurdu. Amma basıb bağlayırdım əsas odu boş vərəq vermirdir ki, az da olsa bal yazılsa qənimətdir. Belə -belə gəldim son kursa və bitirdim. Universitetdən ötrü heç vaxt darıxmamışam. Bəzən darıxdığım qrupla keçirdiyimiz yadda qalan günlər olur. Qayıb limitimizi saxlayıb yaz gələn kiimi istifadə etməyimiz, kinoya , restorana getməyimiz . Müəllimləri artıq tanıyırdıq . bilirdikki kim 90 dəqiqənin hansı vaxtında jurnalı yoxlayır. Ona uyğun dərsin 45 də oturub o biri 45 də dərsdən qaçırdıq. Məşhur məkanımız əsas korpusun yeməkxanası və məşhur qamburgeri. Həyatımda yediyim ən dadlı qamburger ola bilərdi. Çay şirniyyat və qəşəng qiybət stolları heç vaxt unudulmur. Yeməkxanada keçirilən ad günləri evlilik təklifləri. Ən çoox darıxdığım isə tələbəlik illərində qızlarla bir evdə qalırdıq. Ordaki rahatlıq orda keçirdiyimiz günlər , kino gecələrimiz və rayondan gələn yemək və ərzaqlı varlı günlərimiz, soyuducumuzun və cibimizin boş olduğu günlər. O qədər anım var ki yazmadığım yazsam çox uzun olacaq . Pisi ilə yaxşısı ilə keçən tələbəlik yaş dövrümüzün ən maraxlı iləridir mənim üçün. Doya doya dadını çıxarın ömrünüzün sonraki illəri üçün bol bol anı toplayın . o zamanlarınızın qədrini bilin. Özünüzü dərslərlə boğmayın. Oxumaqda önəmlidir.Bu sizin gələcək addımlarınız üçün lazımdır. Amma inanın ən çox sizə lazım olan əsas vaxtınız varsa dil kurslarına gedin, ya da komputer kurslarına yazılın. Ən əsası özünüzə vaxt ayırın gəzin əylənin heçnəyi ərtələməyin. Tələbəliyiniz ən azından ancaq oxumaq imtahanlardan ibarət olmasın. Nəysə bezdirməyim sizi də . Hər birinizə uğurlar yolunuz açıq olsun. Bu günlükdə bu qədər. Oxuduğunuz üçün çox sağolun.
IMG-20170113-WA0006.jpg

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Oxuduqca məndə darıxdığımı hiss elədim 🌸