Ah bu xəstəliklər xəstəliklər... qış çayları..🌻

in hive-131355 •  3 years ago 
Salamlar. Necəsiniz? Aranızda hələdə xəstələnməyən qalıbdı. Necə bir fəsil keçirdiriksə hamı xəstədi. Bilmirsən qripdi bilmirsən koronanın ştamplarındandı. Amma nəticə olaraq imunitetlərimiz çökmüş vəziyyətdədir. Apteklətdə belə artıq dərmanlar tapanmırıq. Allah hamımıza kömək olsun. Xəstələrədə şəfa versin. Sizinlə bu dəfə bol vitaminli əsl qışın malı olan qış çaylarından yazacam. İstədiyinin məhsullardan hazırlaya biləcəyinin qış çaylarından bir neçəsinidə mən demək istədim. Bəlkə kiməsə köməyi olar.

()

Qış aylarında soyuqdəymələrdən, xəstəlilərdən qorunmağın ən yaxşı yollarından biridə bitki tərkibli çaylardır. Bu çaylar həm təbii olmaları ,həm də sakitləşdirici təsirləri ilə bədənimizi gücləndirir. Bədənizin dayanıqlılığını artırır və antioksidan və C vitamin deposu olduqları üçün bakteriyaları məhv edirlər. Amma bir şeyidə nəzərinizə çatdırımki gün daxilində bu çayları çox içmək yarardan çox zərər deməkdir. 1- 2 dəfə məsləhət görülür
İndi isə keçək əsas məsələyə -- bu bitkilər hansılardır. Qış çaylarında ən çox istifadə edilən ihlamur, melisa, quşburnu, nanə, çobanyastığı, zəncəfil, darçın və s. Bu tərkibli çayları daha da aromalı,vitaminli etmək üçün bu bitkilərlə sintez edə biləcəyiniz meyvələ isə limon , portağal ,alma, mandalin,heyva,greyfurt və b .
Necə hazırlanır desəniz öncəliklə bu bitki tərkibli çaylar hazır şəkildə apteklərdə çeşid -çeşid olur. Hazır alırsınız bir fincana qaynar suyu əlavə edirsin və xoşbəxtlik....
Amma mən qarışdırıb hazırlayıram. Paket çay stilini çox da istifadə eləmirəm. Öncəliklər hazırlayacağım qabımı götürürəm göz qərarı bir neçə dilim portağal, bir neçə dilim alma ,bir neçə yarpaq nanə, təzə zəncəfidən 3 -4 dilim , darçın çubuğu və birazda bal əlavə edirəm. Sonra isə təzə qaynadılmış suyumu əlavə edirəm 5-10 dəq arasında dəm almasını gözləyirəm. Budur artıq içilməyə hazırdır.


Birdə keçən qışa kimi ən sevdiyimi ihlamur və limon ikilisi idi. İnanın soyuqdəymə, halsızlığ həmin gün yoxa çıxırdı. Çox təsirli qış çayı idi. Amma Bakıda hardan ala bilərəm bilmirəm. Əgər aranızda bilən varsa desə sevinərəm.
Bu günlükdə bu qədər oxuduğunuz üçün çox sağolun. Ümid edirəm sizə köməyi olar. Sağlıqlı qalın. Növbəti postlara qədər.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!