Nə yalam deyim mənim ən sevdiyim qonaq qəbul etməkdi. Hələ sevdiyim insanlar gəlirsə dəymə keyfimə.
Yemək içmək çay süfrəsində söhbətlər. Ən keyifli anlardı. Yemək demişkən qış ayları başlayandan bir tərəfdə çay yanında bir şeylər, bir tərəfdən yemək yemə istəyinin artmağı yəqin ki tək məndə deyil. Boş vaxt olan kimi yemək yadıma düşür. Yemək, olmasa çay və belə- belə alıram kiloları. Sonrada yaza doğruda ağlayıram ki, necə arıxlayacam.
Oxuduqlarıma görə isə bunun bir səbəbi varmış. Qış aylarında metabolizmamız zəifləyir və üşüdükcə bədənimizin istiliyini nizamda tutmaq üçüm enerji ehtiyacı yaranır. Bilin görək bu enerjini hardan alır. Bəli bəli əlbəttə ki, qidadan. Bunun nəticəsində beyin daha çox siqnal ötürür yemək yeməklə əlaqəli. Ona görə normaldan daha çox yemək yemək istəyirik. Bunun da qarşısını ya iradəli olaraq bu siqnalları nəzərə almadan normal qidalanaraq kəsməliyik, ya su çox içməliyik , ya da hər siqnalda yeməliyik. Mən sonuncunu seçdim. 3 günlük dünyadı. İndi yeməyib nə vaxt yeyəcəm. 😉
Bügünlükdə bu qədər oxuduğunuz üçüm çox sağolun. Gecəniz xeyrə şirin yuxular.