"Ne kadar çok insanla tanışırsam köpeğimi o kadar daha çok seviyorum-Rus atasözü".

in hive-131355 •  3 years ago  (edited)

Axşamınız xeyir dostlar.

Necəsiniz?

Başlıqdan da göründüyü kimi bu gün toxunmaq istədiyim mövzu küçə heyvanları olacaq. Antalyada 3 ilə yaxın yaşadım. Və orada ən çox diqqətimi çəkən heyvanların insanlara olan isti münasibətləri oldu. Orda xüsəsən itlərin qulaqlarinda xüsusi nişanlar var idi. Başda nə olduqlarını bilmirdim. Amma sonra öyrəndim ki, onlar bələdiyyə tərəfindən peyvəndlənən itlərdir. İtlər də o qədər istiqanlı idilərki ancaq sevilmək və oynamaq istəyirlərdilər. Və insanlardan da qarşılıq alırlardılar. Bunların hamısın Antalyanın mərkəzi SaatKulesi deyilən mərkəzi meydanda turistlərin daha sıx olduğu yerlərdə baş verirdi və heç kimdə bundan narazı deyildi. Əksinə hallarından məmnun idilər. Hətta dediyim məkanda pişik şəhərciyidə vardı balaca bir ərazidə pişiklər üçün evlər düzəldilmişdi və çoxlu pişik balaları ilə burda yaşayırdı. Orda hətta könüllülərdə olurduki onlara baxan yemək və sularını verməklə məşğul idilər. İnsanlarda ora ya pul yada pisik yeməkləri ilə yardım edirdilər.( indi o yeri ləğ edib başqa bir yerə köçürdülər.)


Demirəm orda da heyvanlara zülm edən insanlar az deyil. Amma heyvan sevənlərdə az deyil. Buna gözlərimlə şahid oldum. Elə yağışlı günlər olurduki çölə çıxmaq istəmirdin . O havada insanlar heyvanlar üçün yem dağıdırdı, hansı ki, bəzi yerlər var ki orada yemək olduğunu bilirdilər heyvanlar. Söhbət həqiqi heyvan sevərlərdən gedir. Evində bahalı heyvan cinslərini bəsləyib küçə heyvanlarından tiksinib görməzdən gələnlərdən getmir.
Bunları sizə yazmaq da səbəbim , illərdi Bakıda yaşayıram hələ mərkəzdə küçə heyvanı görməmişəm. Uzun zamandır mən küçə iti belə görmürəm nə rayonda nə şəhərdə. Pişiklər olur da itlər yoxa çıxıb. Biridə çıxıb demirki hanı bu heyvanlar. Onlarında haqqı deyilmi bu dünyada yaşamaq. Niyə onlar öldürülür.......

IMG-20220125-WA0004.jpg

Bu soyuq aylarda dualarımda bir evsizlər birdə heyvanlardır. Dilsiz ağızsız canlılar. Onlarında haqları var. Bizimdə borcumuz onları qorumaqdır. Inanın belə etsək incilərimiz tökülməyəcək. Ən sadə bir misal ..Yay da evinizin binanızın qabağına bir qab su qoysanız belə onlara edə biləcəyiniz ən böyük kömək olacaq. Heyvanlar bizə bəxş edilən ən dəyərli hədiyyələrdir. Onları heç bir vasitə əvəz edə bilməz. Onlarsız insan oğlu məhv olar. Dəyərini bilək. Qismət olsa məndə bir heyvan sahiblənəcəm. Hər zaman istəmişəm. Hal -hazırda bəzi səbəblər var. Ona görə alınmır. Amma ən qısa zamanda bu arzumu reallaşdıracam. İstəyirəm ki uşağım ev heyvanları ilə böyüsün.
Oxuduğunuz üçüm çox sağolun.♥️

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Salam hörmətli yazar. Çox gözəl mövzuya toxunmusuz. Həm səbr həm də yüksək diqqət tələb edən məsələdir. İt- pişiyi daha çox görmək istəsəz gəzinti istiqamətinizi Sumqayıt tərəflərə yönləndirsəz yaxşı olar. O qədər baxımsız çöl itləri varki, onlar hətta insanlara da hücum etdikləri ilə qarşılaşmışıq. Heyvanat aləmindən çox da başım çıxmır, yəni vaxtlı vaxtında onlar peyvəndlənsələr bu qədər aqressiv olmazlar. 10-12 itin kruquna düşmək, yol ilə sakit gedilən zaman itin vəya itlərin hücumuna məruz qalmaq və s. bu tipli neqativ hallarla qarşılaşmamaq üçün yəgin ki, humanist bir tədbir görmək lazımdır. Bunu da biz sakinlərdən əlavə aidiyyatı orqanlar məşğul olsalar daha yaxşı olar. Borclarıdır. Bir ara biçin vaxtı sayları azalmışdı, son vaxtlar daha da arta-arta gedirlər. MAŞALLAH olsun🤲😂 İşlərinizdə uğurlar. Arzularınıza çatarsız. AMİN İNŞƏƏALLAH🤲

Çox sağolun rəyinizə görə. Bilirsiniz necədi sevgi hər şəyə dərmandır. Çox nadir hallarda mən kiminsə heyvanları sığalladığını ya oynadığını görmüşəm. Bəlkədə ona görə küçə heyvanları elə aqresivdirlər. Düz deyirsiniz vaxtı vaxtında baxımları edilsə , peyvendləri edilsə qorxulacaq heçnə olmaz. Bəlkə bir gün düzələr .... ümid edək dəyişməyi özümüzdən başlayaq.

Buyurun xoşdur... Psixoloji təlimlərdə , video, söhbətlərdə çox vaxt rastlaşdığım vəziyyət bir çox psixoloqların tövsiyyələri heyvan sevmək, tumarlamaq insanı rahatladır. Psixoloqlar Fikir dağıltmaq, problemləri qısa bir müddətlik unutmaq üçün gün ərzində xırda bir zaman ayırıb heyvanları sevməyi, oxşamağı məsləhət görürlər. Tip xasiyyətimə qulaq verib bunu sınaqdan keçirtdim. Elədi ki, var. İnsan rahatlaşır, fikri dağılır bir sözlə pozitiv enerji alır ....

Heyvanlardan bizə zərər yoxdu .əksinə bizim onlara ziyanımız var.

Düzdü ən çox zərər gördüyümüz kobud da çıxsa bəzi 2 ayaqlı heyvanlar varki, onlardırlar