Ordan -burdan.... Qısa bir bilgi...🐛

in hive-131355 •  3 years ago 
Salamlarrrrrr🖐🖐🖐🖐 Necəsiniz.? Bir neçə gündür ki, yazmırdım sizə. Hər dəfə əlimə alıb telefonu yazmağa başlayırdım ki, bir şey olurdu yazım yarımçıq qalırdı. Başım çox qarışıq idi. İlki həkim səhvi ucbatından yoldaşımın yenidən əməliyyat olma ehtimalı bir səbəb. Sonrakı 1 yaşındakı oğlumla məşğul olmaq. Körpə olanda deyirdim ki , böyüsə bəlkə rahatlayardım. Amma elə deyilmiş. Kim deyirsə belə olacaq inanmayın. Böyüdükcə daha da diqqətli olmalısan. Hər an bir hadisə baş verə bilər. Yeriməyə başladısa onun əli ayağı olursan . Daha çox kəşf etmək istəyir. Daima yeni şeylər görmək həvəsi . Yəni toplasam bütün günü bitişik əkizlər kimi gəzirik. Çalışdığım qədər gözüm üstündə olur ki hər an bir şey baş verə bilər.

IMG-20220213-WA0011.jpg

Amma məsələn dünən parka gedirdik. Hazırlandıq . Tam çıxmaq vaxtı öz yatağına qalxmaq istədi. Məndə qaldırdım dönüb kurtkasını dolabdan götürürdüm birdə gördüm ki, özünü yataqdan aşağı atıb. Həyatımda belə qorxduğum yadıma gəlmir. İlk dəfə idi belə yıxılırdı. Çox şükür bir şey olmadı . Amma o an yaşadıqlarım ölənə kimi bəsdi mənə. Həkimi ilə danışdım lazımı məlumatları aldıq. Hər şey yaxşıdı. Öyrəndiklərimi sizinlə də bölüşüm. İlki uşaqlar belə yıxılanda əgər huşlarını itirirlərsə onları hərəkət etdirməmək lazımdır. Təcili yardım gələnə kimi. (Səhiyyəmiz o qədər dəqiq, nizamla işləyirki yəqinki təcili yardım 1 -2saata ancaq gələr )Digər hallarda əgər uşaq oyaq vəziyyətdədir amma çox qaytarırsa burnundan və qulaqlarından beyin mayesi deyilən ağ , şəffaf sıvı axırsa uşaq durmadan ağlayırsa, göz bəbəklərində böyümələr və fərqlər varsa bunlar travma əlamətləridir və təcili olaraq xəstəxanaya gedilməlidir. Başqa hallarda əgər uşaq yalnız ağlayırsa kusma və yuxarıda yazdığım əlamətlər yoxdursa, yeriməyində və hərəkətlərində dəyisiklik hiss etmirsinizsə rahatlaya bilərsiniz. Amma yenədə uşağı 36 saat göz təmasınızda ayırmadan izləyin. Birdə bunuda qeyd edim bu hallarda ilk uşağın yıxılma hündürlüyüdə nəzərə alınır və həmçinin yıxıldığı yerin materialı və sərtliyidə. Uşaq öz boy hündürlüyündən yıxılırsa və yıxıldığı yer xalça , yumuşaq materiallı döşəmədirsə panikaya düşmədən uşağı ixləsəniz yetərlidir. Amma əlamətlərinədə diqqət yetirməlisiniz. Sərt beton döşəmədirsə dərhal həkimi ilə yada ən yaxın xəstəxanaya müraciət etsəniz daha yaxşı olar.
()
LİNK

Allah heç bir valideyinə bunları yaşatmasın. Amma dedim məlumat verim lazım olar . Bu günlükdə bu qədər.Oxuduğunuz üçün çox sağolun.♥️

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!