()
Mənim üçündə 2021 dolu- dolu keçən bir il oldu. Bu ilə fərqli başladım. Yorğun, həyacanlı, daha məsuliyyətli və yuxusuz bir ana olaraq. Yəqin ki, yeni ana olanlar anlayar məni. Birlikdə ağladıq birlikdə güldük və birlikdə böyüyürük. Mənim ailəm Yevlaxda yaşadıqları üçün mən artıq Bakı - Yevlax yolunu su yoluna döndərdiyim bir il idi. Çünki nəvələrini görmək istəyən nənələr və babalar arasında qalmışam. Bu səfərlər il sonuna kimi davam etdi.
Bir tərəfdən bu il karantinin bitməsi ilə 3 yaxın dostumun və qohumların toyları , ad günləri qonaqlıqlar özəl günlər deyərkən əyləncəli bir il oldu. Bir tərəfdən sağlıq problemləri və şəxsi problemlərlə vuruşa- vuruşa ili yekunlaşdırdıq. Hər günümüzə şükür. Sağıq və hələdə nəfəs alırıq. 2022-dən tək diləyim artıq bu viruslu günlərimizi yekunlaşdığı, sağlıqlı və xəyallarımızı gerçəkləşdirdiyimiz il olsun.
Salam. Gecəniz xeyir. Postu oxuduqca düşünürdüm ki, bu cümlələr, fikirlər mənə tanış gəlir. Sanki nə vaxtsa oxumuşam... "Çəkiləsi dərd döyül" deyə-deyə, dərdləri çəkə-çəkə bugünə qədər gəlib çıxa bilmişik və ALLAHIN izniylə həyata, yaşamağa, həyatla mübarizəyə davam edirik... Bu pandemiyanın əsas dərsi o oldu ki, İnsan özünə və ətrafına düzgün dəyər verməyi öyrənməlidir... Çünki, insan olduki ətrafındakılar üçün canından keçməyə hazır olduğunu bildirdi, amma virusu eşidib, virusun törətdiyi "Fəlakətləri" görüb az qalırdı Spirt çənində gəzsin canlı üz-üzə görüşləri görüntülü zənglərlə əvəz etdi və s. Bu da o deməkdir ki, Həyatda İnsan özündən başqasına etibar edəcək insan türü yox vəziyyətindədir bəlkə də, heç yoxdur... Arzularınıza görə də minnətdaram. ALLAH ürəyinizə görə versin. AMİN İMŞƏƏALLAH🤲
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Amin. Insanlıq dərs çıxmalı idi bu yaşananlardan . Oda ki çətin məsələdi. Çox sağolun fikrinizi bölüşdüyünüz üçün.😊🖐
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit