Sabahınız xeyir #steemityazarları.🖐
Necəsiniz?🌷
Gününüz bol enerjili və xoş xəbərlərlə keçsin.
Bu dəfə sizinlə xoş olmayan bir mövzudan yazacam. Hər birimizin gördüyü və bizi narahat etsədə diqqətə almadığımız çirklənmə. Bəli dünyanın çirklənməsindən.
Avtobuslarda bir yazı olur. Saqqızı yerə atmayın evinizə qədər ayaq açar. Necədə düzgün yanaşmadı. Niyə biz insan oğlu elimizdəkinin dəyərini bilmirik. Dünya canlıların yaşadığı planetdir və insan topluluğu elindən gəldiyi qədər məhv edir. Hər il atmosferə buraxılan sənaye tullantıları, torpağı , suyu məhv edən neft tullantıları, bioloji silahlar, insan oğlunun yaratdiği viruslar, plastik tullantılar və daha nələr nələr......
Bu hallar bizi günəşim məhvedici radiasiyasından qoruyan OZON TƏBƏQƏSİNİN dəlinməsinə gətirib çıxarır. Araşdırmalar nəticəsində məlum olub ki,stratosferdə ozon sayı get-gedə azalır. Bilirsiniz bu nə deməkdi?
Bu təbəqənin yoxluğu flora və faunanın yəni heyvan bitki örtüyünün məhvi, insanlarda göz və xərçəng xəstəliyinin artması, imun sisteminin çökməsi və s.... Bu təbəqənim dəlinməsinin nəticəsidir iqlim dəyişgənlikləri. Hansı ki buzlaqların əriməsi və qlobal istiləşmə. Bunlara isə bütün dünya olaraq şahidik.
Üstü bəzək altı təzək olan yaşadığımız bu yerdə çox az bir küləkdə künç-bucaqda nə qədər zir -zibil varsa hamısı çıxır ortaya. Nə qədər plastik torbalar, siqaret qalıqları, maskalar, içdikləri içəcəklərin qabqlarını belə zibil qablarına atmırlar.
Bu çox çətin bir məsələ deyil əslində. İlk öncə dəyişimə özündən başlamalısan. Başda ki məsələ plastik torbaların istifadəsi dayamdırılmalıdr. Yada marketdən 3 məhsul alıb 5 torbaya qoyub çıxılmamalısan. Bir çıxış yoluda varki plastik torbalar pullu olmalıdırki 5 torba götürənlər onu azaltsınlar. Sonrası şəhərin hər tərəfi zibil qabları ilə doludur. O çəkdiyiniz siqaretləri, içdiyiniz, yediyiniz tullantıları, istifadə etdiyiniz masqaları zibil qablarına atmaq bu qədər çətin ola bilməz məncə. Hər kəs dəyişimi özündən başlasa tulantıda azalar. .... adi bir misal. Çoxunuzda şahid olmusunuz buna. Evindəki zibi götürü zibil qabına kimi gəlir ağlına nə verirsə götürür zibilini qaba deyil yere atır. Ondan sonra gələndə ya insaflı olur o zibilidə alır atır qaba, yadaki oda düşünürki o yerə atıb qoy məndə atım nolacaq belə belə olur zibilxana. Belə bir cəmiyyətdə böyüyən uşaqda səhər eyni halə təkrarlayacaq. Və beləcə böyük bir zibil qabına dönəcək dünya.. məncə düşünüləcək mövzudur.