Yuxa tortu El arasında Napalionda deyilir...

in hive-131355 •  3 years ago  (edited)

Bugün sizlərə təqdim edəcəyim ,yuxa tortududur.Bizə nə lazımdı, necə hazırlanır,aşağıda izzahını açıq şəkildə yazmışam.

ərzaqlarmiqdarı
Un3 stəkan
Yumurta5 ədəd
Pesoq2 stəkan
Kərə yağı50 qr
Mürəbbə şirəsi1 stəkan
Qatılaşdırılmış süd1 qutu
Soda1ç/q
qabartma tozu1 paçqa
Vanil1 paçqa

IMG_20211011_104823.jpg
Hazırlanma qaydası:

IMG_20211011_105250.jpg

Yumurtalar tavaya sındırılır üzərinə pesox əlavə edilib yaxşıca qarışdırırıq.

Sonra tavanı ocaqda asta xodda qarışdırırıq.

IMG_20211011_111753.jpg

Unu əlavə edirik qarışığın üzərinə, qaşıqla qarışdırırıx, təxminən 15 dəqiqə saxlayırıq.Azacıq qızardıqdan sonra ocaqdan götürürük.

IMG_20211011_105650.jpg

Əvvəlcədən mürəbbə şirəsinə qatılmış sodanı qabartma tozunu .
həmin qarışığa əlavə edib qarışdırırıq.

IMG_20211011_113801.jpg

Sonra, un səpib həmin xəmiri unla yaxşıca ovuşdururuq.

IMG_20211011_114107.jpg

Və,5 kündə kəsirik.

IMG_20211011_114848.jpg

Oxlovla bir bir yayırıq.
Sobanın tavasına qoyuruq.

IMG_20211011_115643.jpg

Əvvəlcədən yandırılmış isti sobada 5 dəqiqə müddətinə bişiririk .

IMG_20211011_130148.jpg

Həmin bişmiş yuxaların arasına qatılaşdırılmış qutu südü,kirem və ya bişmiş şakalat çəkmək olar zövqə görə .

IMG_20211011_144059.jpg

Nuş olsun.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!