Salam əziz Steemit ailəsi necəsiniz? Ümid edirəm kefiniz əhvalınız əladır. Yəqin çoxlarınız şəhərimizin mərkəzində yerləşən bir yer var oranı yaxşı tanıyır. "Ağ şəhər" hamımızın tanıdığı bir şəhər.
İndi gəlin bir anlıq buranın köhnə vaxtlarını gözümüzün önünə gətirək. Bir zamanlar bura sanki bir xarabalıq olan bir məkan idi. Heç kim ora yaxın getməz və oradan keçməzdi. Amma indi buranın mənzərəsi, görünüşü tam başqadır.
İndi Ağ şəhər adı gələndə hamının üzündə təbəssüm yaranır. Gözəl binaları, yaşıl parkları, təmiz küçələri olan Ağ şəhər. Bura mənə görə sanki Avropanın kiçik bir şəhər küçələrini xatırladır. Şəhər daxili şəhər həmdə çox gözəl. Bir üstünlüyüdə odur ki, panarama Xəzər dənizinə baxır.