Qadın.

in hive-131355 •  3 years ago 

Bir qadın evin bir kənarına qoyulmuş bəzək əşyası deyil. Nə də mətbəxdə baş aşpaz. Qadın evin işlərini görən işçi qüvvəsi də deyil. Müvəqqəti istifadəlik günəmuzdə heç deyil. Qadın ancaq doğmağa yarayan artım vasitəsi deyil. Gəlin deyil, evin bir küncünə qoyulan süpürgə deyil. Bir qadın çölə çıxması qadağa edilmiş məhbus deyil.Oxumağı əlindən alınan və işləməkdən məhrum edilən cahil cəmiyyətin başçısı deyil.Bəli,qadın evinin işini görür,yemək bişirə bilir, ailə qurub gəlin olur,ana olur,təhsil alır və işləyir.Bu onun əxlaqını əlindən almır.Bu onun alnına ləkə sürmür.Bu onun səndə olan yüksək rütbəni də yerindən oynatmır.Bu onun gözəlliyi, ağlı, xislətidir və sən bu xisləti dəyişdiyin an yoldaş yox, düşmən olursan.

IMG-20220330-WA0005.jpg

Qadın səni dünyaya gətirəndir və səndən dünyaya gətirəndir.Dəyərini bir gün "asılqanı"boş gördükdə anlayacaqsan,çünki adətən belə olur.Qadın hansı mənada gedirsə getsin, izi silinmədən orada qalır. Özü silmədiyi müddətcə sən əsla onun varlığına silgi ola bilməzsən.

IMG-20220330-WA0006.jpg

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!