Gerçəklər və mən.

in hive-131355 •  3 years ago 

Qəribə dünyadır. Olmaz dediklərimi oldurmuşam, qınadığım çox şeyi başıma gətirmişəm, gücləndiyim yerdən qırılıb guppultuyla yerin dibinə batdığım anlar olub, səhv üstünə etdiyim səhvlərdən dağ yaranıb, qəlbim sınıb, inciyib, küsüb və daha saysam bitməyəcək hallar yaşanıb. Amma həyatımın heç bir yerində yaşamaqdan vaz keçməmişəm. Bəzən, daha doğrusu çox vaxt səmaya baxşmışam, orada məni anlayan birinin var olduğunu hiss etmək içimi rahatladıb. Çünki məni mənim qədər tanıyacaq şəxs başqa canlı ola bilməz.

IMG-20220507-WA0026.jpg

Heç kimə öz sirrimi əmanət etməyəcək qədər qapalı, heç kimə qəlbimi açmayacaq qədər də özümə xas qürurluyam. Mən dünyaya baxıram, sevdiyim şeyləri seçirəm və ondan başqalarını sevmirəm. Yaxşı ki, bu dünyanın səması var. Yoxsa içimə boğulub yaşamağa səbəb tamazdım. Elədir axı, yaşamaq istəyənə başının üzərində adi bir səmanın olma səbəbi də bəsdir.

IMG-20220507-WA0025.jpg

Ətrafında hamı var. Belə deyim, sən kitabının elə ssenarisini yaşayırsan ki, bütün obrazlar yerli yerindədir. Amma orada çatışmayan şey onların sənə lazım olma həddləridir. Heç birisi qəlbinə yatmır, heç birisi ruhunu oxşamır. Varlar, amma olmamaları ondan yaxşıdır. Bax olmamalarını təmin etdiyin andan tək qalırsan. Bu tənhalıqdan daha yaxşı seçimdir.

IMG-20220507-WA0027.jpg

Çünki sənin yeni "obraz"lar seçmə şansın var, haqqın var. Səni varlıqları ilə incidən kimsələrin olması, olmayan birinin dərdini çəkməkdən daha ağırdır. Bu sınanmanın elə formasıdır ki, ilk dəfə sınandığın yoxluq sınandığın varlıqlardan daha yaxşıdır.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!