Görünüşə aldanmayalı artıq uzun zaman oldu. Görünüş insanı bir yerə qədər aparır, sonra yarı yolda qoyur. Çünki gözəl burunla, gözəl gözlə, gözəl saçlarla danışa, anlaşa bilmirsən. Onlardan zövq alma müddətin də gözün öyrəşənə qədərdir. Birinin gözü gözəldir deyə başqasının tənhalığına son qoyduğuna heç şahid olmamışam mən. Birinin dodaqları gözəldir deyə o demək deyil ki, dili də sənin istədiklərini danışacaq.
Ruhu olmayan hər şey, ruhu yetişməyən hər bədən inkişafdan qalmış sayılır. Yaraya yar olmayan hər gözəllik yarı yol yoldaşıdı.
Böyümək belə bir yerə gətirir insanı. Anlayırsan ki, eşq keçir, boşluq qalır geriyə. Sevgi isə, o əbədiyyət duyğusudur. Cismi ölür, adı qalır.