İnamımız.

in hive-131355 •  3 years ago 

Bir misal çəkirlər ki, insanın üstünə parabüzən qonsa onu əzizləyir, sevinir, amma bir tarakan çıxsa o saat öldürər və sonda deyirlər ki, biz xarici görünüşə önəm vermirik. Halbuki məsələ görünüşdə deyil, sahib olduğun kimlikdədir. Gülün üzərində gəzənlə zibillikdə gəzən bir ola bilərmi?

IMG-20220328-WA0004.jpg

Üzü gözəl olub içindən üfunət daşıyan birisi bizim üçün gözəl deyil, üzü gözəl olmayıb ruhunda çiçəklər açan birisi də bizim üçün çirkin deyil. Əlbəttə insan geyimlə qarşılanır, çünki əvvəl göz qəbul edir. Sonra isə ruhun səni doğru olana, parabüzənə aparır.
Uğur da buradan gəlir və buradan gedir.

IMG-20220328-WA0003.jpg

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!