"Özün" yoxsa "Başqaları"?

in hive-131355 •  3 years ago 

Salam hörmətli "Steemit Azerbaijan☪✔" əhli. Bu gün paylaşacağım postum özünün seçim, qərar, fikirləri və ya başqalarının. Kim necədi? Adətən başqa insanların fikirlərinə önəm verməyənlər olur, amma bir şey də var. Gərək başqalarına qulaq asasan, qiymət verəsən. Lakin özün bir nəticə çıxardasan. Əsas məsələ də elə budur.

IMG-20220513-WA0000.jpg

Çünki güclü görsənmək məcburiyyətində deyilsən. Amma güclü olmağa məcbursan. Bir yerdən sonra bu məcburluq sənin normal həyat tərzinə keçəcək və sən heç fərqinə də varmayacaqsan ki, bu güc səni yorur ya əksinə. Amma içində acizliyinlə baş edə bilmədiyin halda üzünə maskalar taxsan, bax onda sənin fəlakətin baş qaldırar. Çünki sənin həll etməli olduğun ilk məsələ sosial statusun deyil, özünsən.

IMG-20220513-WA0002.jpg

Daha hər dəfə dostum tanışım nə fikirləşər, qonşu nə deyər, qohum nə düşünər, rəfiqələrimin necə reaksiya verəcəkləri keçə bilsən, özünə ayıracaq zamanın qalacaq. Təbii ki, seçim sənindir. Əgər həyatını başqalarının gözü üçün yaşamağı seçirsənsə qəlbin kədərdən qurtula bilməyəcək. Bunu bil. Amma desən ki, əvvəl can sonra canan, bəli, sən artıq çərçivəndən bir addım irəli atmağı bacarmısan demək. Əvvəl sən, sonra çöldəkilər.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!