Paylaşmaq gözəldir.

in hive-131355 •  3 years ago 

Salam dostlar. Bu gün sizlərlə sevgini, dostluğu paylaşıb yaşamaqdan danışmaq istərdim. Axı həyat paylaşınca gözəldir. Yorğunluğumuzu ifadə edə bilmərik, qəmgin olaraq səssizliyi seçərik artıq çarə belə axtarmağa güc qalmaz çünki tükənir insan, tükəndikcə məhv olur, nəfəs alırıq amma nəfəs almaq yaşamaq deyil, bəzən nəfəs almaq damla-damla ölməkdir..

IMG-20220401-WA0023.jpg

Dünyada ölümün varlığını o qədər unutmuşuq ki, biri öləndə möcüzə baş vermiş kimi davranıb reaksiyalar veririk. Həyatda hər şey var. Ölüm, xəstəlik, cinayət və daha nələr, nələr. Hər neqativə ilişib qalsaq eyni səbəbdən sonda özümüz də gedərik. Ona görə sadəcə izləmək və dərs çıxarmaq lazımdır. Hər kəsə xeyirli başlanğıc və xeyirli sonluq arzulamaqdan başqa da niyyətimiz olmamalıdır.

IMG-20220401-WA0024.jpg

Sonda isə demək istərdim ki, heç vaxt insan gərək özünə qapanmasın.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!