Həyat kiçik şeylərdən ibarətdir, sevərsən böyüyər. Bu həyatın anlamını anlayan insanlar xoşbəxtdir. Xoşbəxtlik isə təkcə düşən yağışa yox, yağışın düşməsinin necə qəbul etməkdir. Belə ki, bir qaranlıq zülməti işıqlandıran fanarı deyil, onu kimin o yönə tutmasını bilməkdir.
Bir kəsi anlamaq üçün onu görmək yox, ona baxmaq lazımdır. Hər kəsin anlaşılmaq dərdi var, lakin heç kim anlamaqla özünü yormaq istəmir.
Halbuki çox enerji də tələb etmir. İnsanın dodağı gülüb dili başqa şey danışsa da gözlər gizlənmir. Gözlər bar-bar bağırır içim yanır deyə və bəzən də qışqırmaqdan usanıb elə yorğun baxırlar ki. Sanki "içimdəki kədəri gör" demək istəyirlər və sadəcə bir qucağa ehtiyac duyurlar.
Soruşmadan, araşdırmadan, ittiham etmədən, qınamadan şəfqətli bir qucağa.
Həyat nə qədər kinli və qəddar insana çevirirsə çevirsin, birinin sığınmaq istədiyi qucaq olmaq qucağında cənnəti yaratmaqdır.
Dərinə getmə deyirlər, amma ən sağlam ağacların kökləri, ən gözəl incilər belə dərində olur deyilmi? Anlayışsız keçən ömür yuxular və xülyalarla yaşamaq kimidir. Öyrənərək, bilərək sevəcəksən. Elə ona görədə sabahı gözləmədən gülümsə, sev, bölüş. Necə deyərlər həyat paylaşınca gözəldir😊