Qəribə dünyadır. Olmaz dediklərimi oldurmuşam, qınadığım çox şeyi başıma gətirmişəm, gücləndiyim yerdən qırılıb guppultuyla yerin dibinə batdığım anlar olub, səhv üstünə etdiyim səhvlərdən dağ yaranıb, qəlbim sınıb, inciyib, küsüb və daha saysam bitməyəcək hallar yaşanıb. Amma həyatımın heç bir yerində yaşamaqdan vaz keçməmişəm. Bəzən, daha doğrusu çox vaxt səmaya baxşmışam, orada məni anlayan birinin var olduğunu hiss etmək içimi rahatladıb. Çünki məni mənim qədər tanıyacaq şəxs başqa canlı ola bilməz. Heç kimə öz sirrimi əmanət etməyəcək qədər qapalı, heç kimə qəlbimi açmayacaq qədər də özümə xas qürurluyam.
Mən dünyaya baxıram, sevdiyim şeyləri seçirəm və ondan başqalarını sevmirəm. Yaxşı ki, bu dünyanın səması var. Yoxsa içimə boğulub yaşamağa səbəb tamazdım. Elədir axı, yaşamaq istəyənə başının üzərində adi bir səmanın olma səbəbi də bəsdir.