Zamanında doğruları rədd edənlər sonda zülmə məruz qaldıqda doğruların axtarışına çıxarlar. Sonda insanlar başa düşərlər ki, dünyada bir həqiqət var, onun da adı "Sevgi"dir. Çünki insan sevməyi unutduğu an hər şeyi unudur, vaz keçir, özünü bitirir və insan bitdikcə dünya da sona yaxınlaşır.
Yatdığımız yuxulardan ayılmağın zamanı gəlib artır. Oyanın ki, bu əllər dünya üçün gül - çiçək əksin, sevgi əksin, toxumlarını biz səpək, qönçələrini gələcək nəsil qoxlasın.
Sevdiyin insanın qulağ asdığı mahnıların melodiyasından çox sözlərinə önəm verib, onu dinləyərkən nə hiss etdiyini anlamağa çalışmaq....
Onun maraqlandığı kitabların , sevdiyi sətirlərin hansı olduğunu , ən çox olmaq istədiyi yerin hara olduğunu öyrənməyə çalışmaq....
Ən sevdiyi yeməyin belə nə olduğunu öyrənməklə adicə hansı yeməyin ona özünü yaxşı hiss eləməsinə səbəb olmasını bilmək istəmək....
Onu "O" edən hər nə varsa , bilmək istəmək. Ruhunu anlamağa çalışmaq....
Başqa necə izah edim sevgini?
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit