Valideyn.

in hive-131355 •  3 years ago 

İçində qayğısı olan sevgidən daha dəyərli şey yoxdur. Hər anında, amma hər yaxşı və pis halına dözən, hətta bunu dözmək kimi də görməyən adamın varlığından daha qiymətli şey yoxdur. Ondan aldığın güclə daha çoxunu bacarırsan. Daha içdən gülüb hətta daha içdən ağlaya bilirsən.

IMG-20220507-WA0022.jpg

Sən bilirsən ki, səni valideynin kimi sevən biri var. Onlar olmadıqda belini rahatlıqla söykəyəcəyin birisi və bu elə güvən duyğusudur ki, cənnəti sənə versələr, yerinə dəyişməzsən. Hər sabahın bir sehri var. O sehrinsə ilk açarı sevgidir. Sevə bilmək və sevilmək.

IMG-20220507-WA0023.jpg

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!