Bura ismayıllı şamaxı yolu arasında yerləşən mənzərəsiylə böyük diqqət çəkən gözəl bir məkandır.Hər tərəfdə heyvanlarda heykəllər,sərin bulağı və böyük fantanı ilə seçilən ən marağlı yerdi.
Burda mən fantanın yaxınlığında,demək olarki suyun içində bir stolu var.Fantanın səsiylə kəklik otulu bir çay nə gedər,nə gedər.Düzdü çay zad zakaz etmədim.Evdəkilərnən sumqayıta qayıdırdıq.Yol üstü uşaqlara marağlı olsun deyə döndük bura.
Buda gördüyünüzkimi,təkərləri olan bir masadı.At arabasına qoş çıx yolda çay içə-içə gedirsən.Düzdü burda marağlısı mənə oldu.Elə şəkillərin çəkilməsi lazım idi mənə onuda etdim.
Orda zooparkda varıydı.Canlı heyvanlar varıydı.Gəldim elə heyvanın qabağında durub şəkil çəkdirdimki,bir gözüm arxadaydı ki, bu dəvə bu dəyqa lopbasıyla tüfürəcək belimə.Bilirsiz ki, dəvələr əsəbləşəndə tüfürür.Mən əsəbləşdirməmişdim,ama mənnən qabağ əsəbləşdirəllər,acığını mənnən çıxar deyə qorxurdum.
Bürüşmük meymun.Bu meymun adamla dalaşır,baxmır əsəbləşməsinə zada,elə kim gəlir,hirsdənir.Baxmayın burda sakit durmağına,adamın üstünə buraxsan qulağıvı zadı qoparar.