Tutuquşu balası heç görmüsünüzmü?

in hive-131355 •  3 years ago 

IMG_6207.jpg

Əvvəlki postlarımdan birində qeyd etmişdim ki, heyvansevər bir ailədə böyüdüyüm üçün hər cür heyvanın qayğısına qalmağı sevirəm. Bunlardan biri də əlbəttə ki, tutuquşularıdır. Hazırda evimizdə tam olaraq 10 tutuquşu, hələ 7 dənə də yumurtası var. Onlara yaxşı qulluq edir, vitaminlər və göyərti verir, üstəlik arada hələ çimizdiririk də!!

IMG_6476.JPG

10 quşdan 6sı hələ baladır və təzə-təzə uçmağı və yemək yeməyi öyrənirlər. İlk növbədə bala quşlar böyüyüb növbəylə qutudan çıxanda müşahidə etmişəm ki, ata quşumuz, yəni Qalubçik bala quşlara qəfəsdəki qabdan yemək yeməyi döyə-döyə də olsa öyrədir.

IMG_6205.jpg

Artıq sərbəst şəkildə bunu etməyi bacardıqda isə onları digər bala quşlar olan qəfəsə yerləşdiririk. Çox vaxt bir-biri illə yola getməsələr də axır əvvəl öyrəşirlər. Yeganə şikayətim səhər tezdən səslərinin yatmağımıza maneə olmasıdı, amma yenə də o belə adama şirin gəlir, nə edək. :)

IMG_6474.JPG

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Ümid edirəm pişik xoş niyyətlə baxır

Çox yaxşı dostdurlar