"Badımcan yeməyi"

in hive-148497 •  3 years ago 

IMG-20210830-WA0014.jpg

Salam SteemFoods ailəsi. Bu gün 2 nəfər üçün nəzərdə tutulmuş "Badımcan yeməyi" hazırlayırıq. Bunun üçün bizə aşağıdakılar lazımdır:
9 soyulmuş badımcan
1 soğan
2 pomidor
1 bibər
yağ və zövqə görə duz

IMG-20210830-WA0029.jpg

İlk öncə badımcanı doğrayıb, duz töküb, acı suyunun çıxması üçün 20 dəqiqə gözləyirik.

IMG-20210830-WA0028.jpg

Soğanı və bibəri doğrayıb, yağda qovururuq.

IMG-20210830-WA0027.jpg

Daha sonra acı suyu çıxmış badımcanı qovrulmuş soğan və bibərin üzərinə əlavə edib, 10 dəqiqə qovururuq.

IMG-20210830-WA0011.jpg

Pomidorun qabığını soyub, doğrayırıq.

IMG-20210830-WA0012.jpg

Doğranmış pomidoru qovrulmuş badımcanın üzərinə əlavə edib, duz tökürük. 15 dəqiqə sonra yemək hazırdır.

IMG-20210830-WA0013.jpg

Oxuduğunuz üçün təşəkkürlər.
Ümid edirəm ki, bəyənərsiniz.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!