Salam SteemFoods ailəsi. Bu gün "Halqa şirniyyatı" hazırlayırıq.Bunun üçün bizə lazım olan ərzaqlar aşağıdakılardır.
4 ədəd yumurta
1,5 stəkan şəkər tozu
2 stəkan un
Yarım stəkan duru yağ
1 stəkan xama
50 qram kişmiş
Vanil və qabartma tozu
Əvvəlcə yumurta və şəkər tozunu mikserlə köpüklənənə kimi çalırıq.
Daha sonra xamanı, yağı əlavə edib, mikserlə çalırıq.Bunları çaldıqdan sonra unu əlavə edib, qaşıqla asta qarışdırırıq. Sonda kişmişi, vanil və qabartma tozunu əlavə edib, qarışdırırıq.
Qarışımı isidilmiş qaba əlavə edib, 200 dərəcədə bişiririk.
20-25 dəqiqədən sonra şirniyyatımız hazırdır
Oxuduğunuz üçün təşəkkürlər.
Ümid edirəm ki, hazırladığım şirniyyatı bəyənəcəksiniz.
Uğurlar
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit