Bu gün 6 nəfər üçün nəzərdə tutulmuş "Kələm dolması" bişiririk. Bunun üçün bizə aşağıdakılar lazımdır:
500 qram çəkilmiş ət
Bir qədər düyü
1 orta boy soğan
2 pomidor
2 bibər
kələm
şüyüd
yağ və duz
Dolmanı hazırlamaq üçün kələmi isti suda pörtlədirik, əti çəkirik, pomidoru rəndədən keçiririk, göyərtini xırda-xırda doğrayırıq, düyünü yuyuruq.
Göyərtini, pomidoru, düyünü, duzu ətə əlavə edib qarışdırırıq.
Daha sonra əti kələmə büküb, qazana yığırıq. Üzərinə pomidor, sarıkök, yağ və bir qədər su töküb, bişməyə qoyuruq. 40 dəqiqə ərzində bişir.
Sonda isə yeməyimiz hazırdır.