Salam SteemFoods ailəsi. Bu gün "Peraşki" hazırlayacağıq. Peraşkini hazırlamaq üçün bizə aşağıdakılar lazımdır:
Un
Duz
Maya
Su
Kartof
Duru yağ
Xəmiri yoğurduqdan sonra 2 saat mayalanmağa qoyuruq. Daha sonra xəmiri kiçik kündələrə ayırırıq, Kartofu qaynadıb, yağda əzirik və zövqə görə duz əlavə edirik.
Əzilmiş kartofu düzəltdiyimiz kiçik kündələrin arasına qoyub, formaya salırıq.
Tavaya duru yağ töküb, qaz sobasının üzərinə qoyuruq. Hazırladığımız peraşkiləri yağda qızardırıq.
Peraşkilər hazırdır.
Oxuduğunuz üçün təşəkkürlər.
Ümid edirəm ki, bəyənərsiniz.