sfcharity50pc| "3 bacı" dolması @aydanismayil-ın təqdimatı

in hive-148497 •  3 years ago 

IMG-20210915-WA0007.jpg

Hərkəsə salam. Bu gün 3 bacı dolması bişirəcəyik. Bu yemək yayın sevilən yeməklərindən biridir. Bu yeməyi hazırlamaq üçün bizə qiymə, badımcan, pomidor, bibər, reyhan, şüyüd, yağ və duz lazımdır.

IMG-20210915-WA0013.jpg

Badımcanların baş hissəsini kəsib, ortasından kəsirik və qaynayan suda 5-6 dəqiqə qaynadırıq ki, yumşalsın.

IMG-20210915-WA0006.jpg

Bibərlərin baş hissəsini kəsib, içini təmizləyirik. Pomidorların baş hissəsini kəsib, içinin suyunu bir qaba tökürük.

IMG-20210915-WA0009.jpg

Tavaya yağ əlavə edib, istilədirik və qiyməni qovururuq.

IMG-20210915-WA0008.jpg

Pomidorun içərisindən çıxartdığımız suyunu və doğradığımız reyhan və şüyüdü qovrulmuş ətə əlavə edib, 5 dəqiqə qovururuq.

IMG-20210915-WA0012.jpg

IMG-20210915-WA0014.jpg

Daha sonra tərəvəzlərin içini duzlayıb, qiyməni tərəvəzlərə doldururuq.

IMG-20210915-WA0010.jpg

Pomidorlar tez bişdiyi üçün pomidorları ən üstdə yığırıq. Yağ əlavə edib, qapağla qazanı bağlayıb az dərəcədə qazda bişiririk. Bu yeməyə su əlavə etmirik, çünki tərəvəzlərin öz suyu çıxır.

IMG-20210915-WA0003.jpg

30 dəqiqəyə yemək hazırdır.

IMG-20210915-WA0011.jpg

Son olaraq, @steemfoods@alikoc07-a təşəkkürlər.

Postdan əldə edilən mükafatların 50% -i, ehtiyacı olanlara yardım və dəstəkləmək üçün @ sf-xeyriyyə hesabına ayarladım. Hər kəsə uğurlar və başarılar arzulayıram.

Fotoların müəllifi mənəm və samsung telefonu ilə çəkilib.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!