Salam. Bu gün səhər yeməyi üçün islak kek hazırlayacam.
Bu şirniyyat bizim evdə çox sevilir. Bu şirniyatın xəmirini hazırlamaq üçün bizə 5 yumurta, 1stəkan süd, 1stəkan duru yağ, 1 stəkan şəkər tozu, 1,5 stəkan un, 3 xörək qaşığı kakao və qabartma tozu.
İlk öncə yumurtalarla şəkər tozunu mikserlə ağarana qədər qarışdırırıq.
Daha sonra duru yağı ,südü əlavə edib mikserlə qarışdırıq.
Başqa qabda unu kakao və qabartça tozu ilə qarışdırırırıq.
Kənarda hazırladığımız unu qarışıma əlavə edib qaşıqla qarışdırırıq.
Sobanın listini yağlayıb qarışımı listə tökürük və 180 dərəcədə 25 dəqiqə bişiririk.
Kekimizi sobaya yerləşdirdikdən sonra kekin souzunu hazırlayırıq. Bunun üçün bizə 1 stəkan duru yağ, 1 stəkanşəkər tozu, 1 stəkan süd və 3 körək qaşığı kakao lazımdır.
Souz üçün ilk öncə şəkər tozunu kakaonu və yağı qazana töküb qarışdırırıq.Daha spnra südü əlavə edib sobada qaynayana qədər qarışdırırı.3 dəqiqəyə souz hazır olur.
Kekimiz bişdi.
Keki doğrayıb sousun üzərinə əlavə edirik.1 saat gözləyirik ki sousu özünə çəksin.
Kek hazırdır.
Son olaraq, @steemfoods və @alikoc07-a təşəkkürlər.
Postdan əldə edilən mükafatların 50% -i, ehtiyacı olanlara yardım və dəstəkləmək üçün @ sf-xeyriyyə hesabına ayarladım. Hər kəsə uğurlar və başarılar arzulayıram.
Fotoların müəllifi mənəm və samsung telefonu ilə çəkilib.