Hər kəsə salam. Bu gün kotlet hazırlayacağıq. Bunun üçün bizə 500 qram çəkilmiş ət, 1 soğan, 1 kartof, duru yağ və duz lazımdır.
Soğan və kartofu ətçəkəndən keçirib, ətə əlavə edirik. Daha sonra zövqə görə duz əlavə edib, qarışdırırıq.
Tavaya yağ əlavə edib, isinməsini gözləyirik. Daha sonra əti formaya salıb, yağda bişiririk.
Kotletin bir üzü qızardıqda, digər üzünü çeviririk və bişiririk. 20 dəqiqəyə kotletlər hazırdır.
Kotletlər hazırdır.
Son olaraq, @steemfoods və @alikoc07-a təşəkkürlər.
Postdan əldə edilən mükafatların 50% -i, ehtiyacı olanlara yardım və dəstəkləmək üçün @ sf-xeyriyyə hesabına ayarladım. Hər kəsə uğurlar və başarılar arzulayıram.
Fotoların müəllifi mənəm və samsung telefonu ilə çəkilib.