Salam SteemFoods ailəsi. Bu gün 3 nəfər üçün nəzərdə tutulmuş "Yay yeməyi" hazırlayacağıq.Bunun üçün bizə aşağıdakı ərzaqlar lazımdır:
6 ədəd kartof
4 ədəd badımcan
5 ədəd bolqar bibəri
4 ədəd pomidor
Duru yağ və duz
İlk öncə kartofu lay-lay doğrayıb, yağda qızardırıq.
Sonra badımcanı doğrayıb, duzlu suda acı suyunu çıxardıb, qızardırıq.
Bibərləri də istədiyimiz formada doğrayıb, qızardırıq.Hər bir tərəvəzi qızartdıqda, zövqə görə duz əlavə edirik.
Pomidoru kiçik hissələrə doğrayıb, yağda bişiririk.
Sonda yeməyimiz hazırdır.👍
Oxuduğunuz üçün təşəkkürlər.
Ümid edirəm ki, bəyənərsiniz.