Bu gün sizinlə olduqca iştah açan və ləzzətli bir salat resepti paylaşacam. Bu salatı həm isti həm də soyuq yemək olar. Badımcan sevməyənləri bu reseptlə badımcana aşiq etmək olar :) Elə isə vaxt itirmədən keçək reseptə
Badımcanlı isti salat üçün bizə lazımdır:
• Badımcan (4 ədəd)
• Pomidor (4 ədəd)
• Konserv göbələk ( 200 qr)
• Keşniş (2 dəstə)
• Şüyüd (1 dəstə)
Sous üçün:
• Zeytunyağı ( 30 ml)
•Xardal (1 ç.q)
• Paprika(1 ç.q)
• Duz (1 ç.q)
• Reyhan qurusu (2 x.q)
• Alma sirkəsi (2 x.q)
Hazırlanma qaydası :
İlk öncə badımcanları yuyub dördkünc formada bıçaq vasitəsilə kəsin.
Üzərinə duz, paprika, zövqünüzə görə ədviyyatlar və zeytun yağı töküb, qarışdırın.
180 dərəcəli sobada təxminən 20 dəqiqə bişirin
Sonra göyərtiləri təmizləyin, yuyun və xırda-xırda doğrayın.
Pomidorları uzunsov formada doğrayın
Göbələyi ortadan iki hissəyə bölün
İki diş sarımsağı, sarımsaq əzənlə əzin
Sonra bişmiş badımcanı əlavə edin
İndi isə keçək sousun hazırlanmasına
Zeytunyağına duz, paprika, ədviyyat, alma sirkəsi və xardalı töküb yaxşıca qarışdırın.
Son olaraq sousu salatın üzərinə tökün, qarışdırın.
Və bu möhtəşəm reseptin dadını çıxarın 😋
Hamıya Uğurlar!
Hi :
Thank you very much for sharing your quality content in detail on the SteemFoods Community. -We gave 60% support to this post on the steemitfoods account. Congratulations ! Keep producing content in the SteemFoods Community. :)
You can support the SteemFoods Community by delegating to the -steemitfoods account. You can quickly delegate using the links below.If you are already delegating,thanks for your support. It is an automatic information message.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Badımcan xoşlamıram. Amma inanıramki, çox dadlıdır.😊
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit