Salam olsun steemfoods ailəsinə. Mən bu gün sizinlə olduqca doyurucu, çox sadə, bol proteinli və 2 inqredientli bir resept paylaşacam. Bütün reseptlərim veqandır çünki mən bir veqanam. Vaxt itirmədən sizi reseptlə tanış edim.
2 inqredientli mərciməkli pankek üçün, ilk öncə 200 qr mərciməyi yuyun
Daha sonra üzərinə 200 ml ilıq su töküb, 30 dəqiqə gözləyin
30 dəqiqə sonra mərciməklərin suyunu süzüb, blenderə tökün
Qeyd: mərciməklər biraz şişmiş olacaq və bu normaldır
Üstünə çıxanadək su əlavə edin
Və reseptin 2 inqredientli olmasına baxmayaraq mən sarıkök, soğan qurusu, sarımsaq tozu, duz və istiot da tökdüm. Siz bunu etməyə bilərsiniz.
Sonra püre olanadək blender vasitəsilə yaxşıca əzin
Tavanı isidib, üzərinə 1ç.q zeytunyağı töküb yayın
Sonra çömçə vasitəsilə tavaya mərciməyi töküb, hər iki tərəfli qızardın
Bişdikdən sonra biz üzərinə veqan yoqurt, xiyar və digər tərəvəzləri qoyaraq yeyirik. Siz də istədiyiniz şəkildə yeyə bilərsiniz.
Bu çox doyurucu və faydalı resepti hamıya tövsiyyə edirəm.