sfcharity50pc | Lentil Lettuce Wraps by @fatimasabirli

in hive-148497 •  3 years ago 

Steem foods ailəsini salamlayıram. Hamınıza uğurlu və xoş gün arzulayıram. Bu gün sizinlə olduqca doyurucu, ləzzətli və faydalı bir resept paylaşacam. Kahıya bükülmüş mərcimək. Keçək reseptə

IMG-20210913-WA0006.jpg

Bu resept üçün lazım olan inqrediyentlər:
350 qr yaşıl mərcimək
100 qr yumru düyü
2 ədəd soğan
1 ədəd kök
2 x.q tomat pastası
1 ç.q sarımsaq tozu
1 ç.q çili
1 ç.q şirin bibər
1 x.q duz
Kahı ( lazım olan qədər)

IMG-20210913-WA0000.jpg

İlk öncə qeyd edim ki, yaşıl mərciməyi əvvəlcədən, minimum 3 saat suda saxlamaq lazımdır.
Mərcimək və düyünü qazana tökün

IMG-20210913-WA0012.jpg

Üzərinə çıxanadək su töküb, qoyun qaynamağa, suyu çəkilənə qədər bişsin

IMG-20210913-WA0001.jpg

Sonra soğanı uzunsov şəkildə doğrayın

IMG-20210913-WA0011.jpg

Tavaya zeytunyağı töküb, soğanları əlavə edin

IMG-20210913-WA0010.jpg

Soğanları karamelize etmək üçün, üzərinə 1 ədəd ( və yaxud 1 ç.q) şəkər əlavə edin

IMG-20210913-WA0009.jpg

Kökü xırda-xırda doğrayın

IMG-20210913-WA0008.jpg

Xırda doğranmış kökü, qızaran soğana əlavə edin və ədviyyatları tökün

IMG-20210913-WA0002.jpg

Sonra suyu çəkilən mərcimək və düyüyə, qızaran içliyi əlavə edib yaxşıca qarışdırın

IMG-20210913-WA0003.jpg

Üzərinə tomat pastasını əlavə edib, orta temperaturda bişirin

IMG-20210913-WA0007.jpg

Bişmiş içlik soyuduqdan sonra, kahıya bükün və nuş edin

IMG-20210913-WA0005.jpg

IMG-20210913-WA0004.jpg

Sonda, bu prestijli cəmiyyətə @steemfoods@alikoc07 -yə bizə reseptlərimizi öyrənib paylaşa biləcəyimiz bu məkanı təqdim etdikləri üçün təşəkkür etmək istəyirəm.

Bu yazıdan əldə edilən mükafatların 50% -i, ehtiyacı olanlara kömək etmək və dəstəkləmək üçün @ sf-xeyriyyə hesabına gedir.

Bütün fotoşəkillərin müəllifi mənəm və Redmi cib telefonu ilə çəkilib

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

IMG_20210913_115813.jpg